Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Adaline MMC

Təlimçi

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Bakıda təlimçi vakansiyası üzrə satış məsləhətçilərinə saç, dəri, bədən qulluğu və kosmetika məhsulları haqqında biliklərin ötürülməsi faəliyyətləri daxildir. Vəzifə öhdəlikləri Satış məsləhətçiləri üçün məhsul bilikləri üzrə təlimlərin hazırlanması və keçirilməsi; Məhsulların tərkibi və aktiv komponentləri barədə izahların verilməsi; Aktiv inqrediyentlərin funksiyalarının, faydalarının və uyğun olduğu ehtiyacların öyrədilməsi; Məhsulların istifadə qaydaları, tətbiq ardıcıllığı və bir-biri ilə uyğunluğunun izah edilməsi; Fərqli dəri və saç tiplərinə uyğun məhsul seçiminin öyrədilməsi; Məhsulun müştəriyə düzgün və peşəkar təqdim olunması bacarığının inkişaf etdirilməsi; Məhsul üstünlüklərinin və fərqləndirici cəhətlərinin satış prosesində düzgün çatdırılması; Praktiki case-lərin, rol oyunlarının və məhsul testlərinin hazırlanması; Yeni məhsullar və məhsul yenilikləri barədə komandanın məlumatlandırılması. Tələb olunan bilik və bacarıqlar Beauty, kosmetika, dermatokosmetika, farmasiya, kimya və ya əlaqəli sahədə təhsil və təcrübə; Saç, üz, bədən qulluğu və kosmetik məhsullar barədə geniş bilik; Təlimçi, Beauty Advisor, satış təlimçisi və ya məhsul eksperti kimi iş təcrübəsi arzuolunandır; Güclü təqdimat və kommunikasiya bacarıqları; Məlumatı sadə və aydın şəkildə izah etmək bacarığı; Auditoriya qarşısında sərbəst çıxış etmək və interaktiv təlim keçmək bacarığı; Azərbaycan dilində səlis nitq; rus və ingilis dili biliyi üstünlükdür. Biz nə təklif edirik Peşəkar və dinamik iş mühiti; Gözəllik sektorunda inkişaf və karyera imkanları; Müxtəlif brendlər və məhsul kateqoriyaları ilə işləmək imkanı; Təlimçi kimi öz metodologiyasını tətbiq etmək və inkişaf etdirmək imkanı; Əmək bazarına uyğun əmək haqqı və motivasiya sistemi. İş qrafiki Həftədə 6 iş günü; Bazar ertəsi–cümə: 10:00–18:00; Şənbə: 10:00–14:00; Bazar günü: istirahət günü. Müraciət qaydası CV-ləri Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya +994 55 202 99 49 WhatsApp nömrəsinə göndərə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.