Vakansiya haqqında
Bakıda ofis meneceri vakansiyası üzrə gündəlik inzibati proseslərin təşkili, sənədləşmə və ofis dəstəyi işləri üçün uyğun namizəd axtarılır.
Vəzifə öhdəlikləri
Ofisin gündəlik inzibati işlərinin təşkil edilməsi və koordinasiya olunması
İş mühitində nizam-intizamın və səliqəli şəraitin qorunmasına nəzarət edilməsi
Ofis ləvazimatları, dəftərxana məhsulları və digər zəruri materialların sifarişi və uçotunun aparılması
Ofis avadanlıqları və inventarın vəziyyətinin izlənilməsi
Texniki nasazlıqlar və təmir ehtiyaclarının vaxtında aidiyyəti şəxslərə bildirilməsi və icrasının izlənməsi
Təmizlik, təhlükəsizlik və digər xidmətlərin təşkili prosesinə nəzarət edilməsi
Qonaqların qarşılanması və müvafiq şəxslərə yönləndirilməsi
Daxil olan və göndərilən sənədlərin, məktubların və kuryer çatdırılmalarının koordinasiya olunması
Görüşlərin, iclasların və digər ofis tədbirlərinin təşkilinə dəstək verilməsi
Rəhbərlik tərəfindən verilən inzibati tapşırıqların yerinə yetirilməsi və koordinasiya olunması
İşçilərin ofis ehtiyaclarının operativ şəkildə təmin edilməsinə kömək göstərilməsi
Ofis sənədlərinin və inzibati məlumatların sistemli saxlanılmasının təmin edilməsi
Şirkətin daxili qaydalarına və məxfilik prinsiplərinə riayət edilməsi
Rəhbərlik və qonaqlar üçün çay, qəhvə və suyun təqdim olunmasının təmin edilməsi
Vəzifə ilə bağlı rəhbərlik tərəfindən verilən digər inzibati tapşırıqların icra edilməsi
Tələblər
Cins: Qadın
Yaş həddi: 25-40
1C və MS Office proqramlarını, xüsusilə Excel və Word-u bilməlidir
Nizam-intizamlı, dəqiq və məsuliyyətli olmalıdır
Ünsiyyətcil və təşəbbüskar olması üstünlükdür
Komandada işləmək bacarığı olmalıdır
Analitik düşüncə, məntiq və müştərilərlə işləmək bacarığı vacibdir
Güclü kommunikasiya bacarığına sahib olmalıdır
İşdə dəqiqlik göstərməli və detallara diqqət yetirməlidir
İş şəraiti
İş qrafiki: 5 günlük
Əlavə nömrə şirkət tərəfindən təqdim olunur
Nahar şirkət tərəfindən qarşılanır
İş yeri: Gənclik metrosu
Əmək haqqı: 700 AZN
Göstərilən tələblərə uyğun namizədlərdən xahiş olunur ki, “Ofis meneceri” başlığını qeyd etməklə CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
