Vakansiya haqqında
Sumqayıtda Azerfloat QSC üçün növbətçi elektrik montyoru vakansiyası üzrə müvafiq təcrübəyə malik namizədlər axtarılır.
Vəzifə və öhdəliklər
Növbə müddətində zavodun elektrik təchizatı sisteminin və elektrik avadanlıqlarının fasiləsiz, etibarlı və sabit işləməsinə nəzarət etmək;
Elektrik qurğularının iş rejimini növbə boyu izləmək və əsas göstəricilərə operativ nəzarəti təmin etmək;
Təsdiqlənmiş qrafik əsasında elektrik avadanlıqlarına profilaktik baxış keçirmək və texniki qulluq işlərini yerinə yetirmək;
Elektrik ölçü cihazları ilə parametrləri ölçmək, nəticələri qiymətləndirmək və aşkar edilən qüsurlar barədə vaxtında düzgün məlumat vermək;
Elektrik avadanlıqlarında yaranan nasazlıqları operativ şəkildə aşkarlamaq və aradan qaldırmaq;
Operativ jurnalları dəqiq aparmaq və növbə üzrə məsul şəxslərin tapşırıqlarını vaxtında, keyfiyyətlə icra etmək;
Qəza və bədbəxt hadisələrin qarşısını almaq məqsədilə texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və texniki istismar qaydalarına ciddi əməl etmək.
Tələblər
Elektrik mühəndisliyi, elektroenergetika və ya oxşar sahə üzrə ali və ya orta ixtisas təhsili;
Müvafiq istiqamətdə minimum 3-5 il iş təcrübəsi;
Elektrik təhlükəsizliyi üzrə və ya digər uyğun ixtisas sertifikatlarının olması arzuolunandır;
Məsuliyyətli və diqqətli olmaq;
Növbəli iş rejimində və stress altında işləmə bacarığı;
Operativ qərar vermək və komanda ilə işləmək bacarığı;
Yüksək intizam və məsuliyyət hissi;
İşdə dəqiqlik və detallara diqqət yetirmək bacarığı.
İş şəraiti
İş yeri: Sumqayıt;
İş qrafiki: növbəli;
Nahar pulu;
Servis xidməti;
Könüllü tibbi sığorta;
Əmək haqqı: namizədin bilik və bacarığına əsasən müsahibə zamanı müəyyən ediləcək.
Müraciət qaydası
Mövzu hissəsində “növbətçi elektrik montyoru” qeyd edilməklə müraciətinizi elanla göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
