Vakansiya haqqında
Rəqəmsal marketinq mütəxəssisi olaraq brend tanıtımı, performance marketinq və rəqəmsal kommunikasiya fəaliyyətlərini idarə edəcəksiniz.
Vəzifənin məqsədi
Şirkətin təmsil etdiyi brendlərin tanıtımını təmin etmək, məhsul və xidmətlərin təqdimatını gücləndirmək, izləyici auditoriyasını artırmaq və müştərilərlə rəqəmsal ünsiyyəti daha effektiv qurmaq.
Vəzifə öhdəlikləri
Performance marketinq: Meta Ads, Google Ads və TikTok reklam kampaniyalarının strategiyasını qurmaq, icra etmək, idarə etmək və optimizasiya etmək.
Partnyor və şəbəkə idarəetməsi: Dilerlər, diler şəbəkələri və korporativ partnyorlarla birgə rəqəmsal marketinq fəaliyyətlərini, ortaq kampaniyaları və ko-branding layihələrini əlaqələndirmək və idarə etmək.
Büdcə planlaması: Aylıq və rüblük rəqəmsal reklam büdcələrini planlaşdırmaq, xərcləri bölüşdürmək, kanallar üzrə optimizasiya aparmaq və effektivliyi izləmək.
Tədbir və kampaniya dəstəyi: Şirkətin iştirak etdiyi sərgilər, diler görüşləri, yeni məhsul təqdimatları və iri satış kampaniyaları zamanı rəqəmsal dəstəyin, xüsusi səhifələrin və reklamların vaxtında aktivləşdirilməsini təmin etmək.
Analitika və izləmə: GA4, Google Tag Manager, Meta Pixel və Conversion API inteqrasiyalarını qurmaq, həmçinin Google Search Console vasitəsilə SEO performansını izləmək.
Metrik nəzarəti: CTR, CPC, CPL, CPA, ROAS və digər əsas göstəriciləri gündəlik və aylıq izləmək, rəqabətli mühitdə Google Ads Auksion İnsights analizini aparmaq, veb-sayt idarəetməsi ilə bağlı təcrübədən istifadə etmək.
Auditoriya və strategiya: Hədəf kütlələri seqmentləşdirmək, remarketing və retargeting kampaniyalarını təşkil etmək, bazar tendensiyalarını təhlil etmək.
Kreativ idarəetmə: Kontent komandası üçün reklam yönümlü briflər hazırlamaq, veb-sayt və landing page-lərin optimizasiyası üzrə tövsiyələr vermək.
Hesabatlılıq: Aylıq rəqəmsal marketinq hesabatlarını hazırlamaq və büdcə effektivliyini artırmaq üçün təkliflər vermək.
Namizədə tələblər
Marketinq sahəsində minimum 2 il, rəqəmsal istiqamətdə isə minimum 1 il praktiki iş təcrübəsi.
Middle səviyyəyə uyğun olaraq müstəqil qərar vermək və büdcə idarə etmək bacarığı.
Meta Ads Manager və Google Ads platformalarında peşəkar səviyyədə sərbəst işləmə təcrübəsi.
B2B şəbəkələr, diler kanalları və ya partnyor münasibətləri istiqamətində marketinq fəaliyyətlərini idarə etmək təcrübəsi.
GA4, Google Tag Manager və Pixel/Conversion API quraşdırmalarında dərin praktiki biliklər.
Büdcə planlaması, xərclərin optimizasiyası və reklam metriklərinin Excel / Google Sheets vasitəsilə təhlili.
Çoxsaylı layihələri idarə etmək bacarığı, intensiv iş qrafikinə və tədbir dövrlərində çevik iş rejiminə uyğunlaşma.
Analitik düşüncə, detallara diqqət və nəticəyönümlü yanaşma.
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, texniki materialları oxumaq səviyyəsində İngilis dili.
E-commerce və B2B lead generation layihələrində iş təcrübəsi; klimatik avadanlıqlar və ya texniki məhsul sektorunda təcrübə əlavə üstünlükdür.
SEO prinsipləri və baza səviyyəsində optimizasiya bilikləri.
Biz nə təklif edirik?
Real və geniş miqyaslı Çin brendləri ilə B2B/B2C layihələr üzərində işləmək imkanı.
Peşəkar inkişaf, rəqəmsal alətlər üzrə təlimlər və dinamik öyrənmə mühiti.
Görülən işlərin nəticəsinə və performansa əsaslanan inkişaf perspektivi.
Dinamik, səmimi və nəticəyönümlü komanda ilə işləmək imkanı.
Korporativ nömrə şirkət tərəfindən təmin edilir.
Əyləncəli mühitdə team building-lər.
Əmək şəraiti
5 günlük iş rejimi.
İstirahət günü: Bazar günü.
Vəzifə üzrə əmək haqqı
1200-1500 AZN
İş yeri
Bakı şəhəri, Əhməd Rəcəbli (Aynalı Plaza)
Müraciət qaydası
Maraqlanan namizədlər öz CV-lərini Müraciət etdüyməsində və ya marketing@newcond.az e-poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
