Vakansiya haqqında
Xaçmaz filialı üçün pərakəndə satış nümayəndəsi (lizinq üzrə) vakansiyasına müraciət üçün uyğun namizədlər dəvət olunur.
Namizədə tələblər
Satış sahəsində 1 il iş təcrübəsi;
İşdə dəqiqlik və operativlik;
Komanda daxilində işləmək bacarığı;
Məsuliyyətli və diqqətli olmaq;
Microsoft Office proqramlarında işləmək bacarığı.
Vəzifə öhdəlikləri
Daxili qayda və prosedurlara uyğun olaraq müraciətləri emal etmək;
Birbaşa rəhbər tərəfindən təqdim edilən həftəlik satış ərazisi planına əsasən kənd təsərrüfatı texnikaları haqqında məlumatı müştərilərə çatdırmaq;
Potensial müştərilərin biznes ünvanlarına səfər etməklə müştərilər axtarmaq və cəlb etmək;
Marketinq materiallarının yaşayış və biznes məntəqələrində yayılmasını təmin etmək.
Qeyd
Şəxsi avtomobil və sürücülük vəsiqəsi mütləqdir. Yanacaq və təmir xərcləri şirkət tərəfindən qarşılanacaq.
İş şərtləri
İş qrafiki: tam iş günü, 5 gün;
İş saatları: 09:00-18:00;
Karyera inkişafı imkanları;
Əmək haqqı: Gross 534.86 AZN + bonus.
Müraciət qaydası
Tələblərə uyğun namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “Pərakəndə Lizinq Nümayəndəsi – Xaçmaz” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına və 050 273 04 92 WhatsApp nömrəsinə göndərsinlər.
Alternativ olaraq, bu link vasitəsilə birbaşa vakansiyaya müraciət edə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
