Vakansiya haqqında
Bakıda satış təmsilçisi vakansiyası üzrə müştəri xidməti və satış bacarığı olan namizədlər axtarılır.
Tələblər
Ali və ya orta təhsil;
İngilis və rus dilini bilməsi üstünlükdür;
Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmaq;
Satış qabiliyyətinə sahib olmaq;
Məhsulları təqdim etmək bacarığına malik olmaq;
Satış sahəsində təcrübə.
Əsas vəzifələr
Mağazada yüksək keyfiyyətli müştəri xidmətinin təmin edilməsi;
Müştərinin seçimi üçün uyğun şəraitin yaradılması;
Mövcud müştərilərlə əlaqələrin gücləndirilməsi və yeni müştərilərin cəlb olunması;
Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və təqdim olunan tədris materiallarını öyrənmək.
Biz sizə təklif edirik
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə, tam ştat;
Həftədə 6 iş günü, növbəli iş qrafiki və 1 gün istirahət;
Karyera yüksəlişi imkanı;
Əmək haqqı: başlanğıc üçün (NET) 500 AZN, artan əmək haqqı və bonus.
Qeyd
Metropark, 28 Mall, Zefir Mall, City Park Mall, Tarqovu filialları üçün bəy namizədlər tələb olunur;
Tələbələr nəzərə alınmayacaq;
Filiala yaxın ərazidə yaşayan namizədlərə üstünlük veriləcək;
Bakalavr və magistratura üzrə hazırda təhsilini davam etdirənlər müsahibəyə dəvət olunmayacaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Satış Təmsilçisi və filialı” yazaraq CV-lərini Müraciət et düyməsində göstərilən elektron ünvanına göndərmələri xahiş olunur.
Əlaqə: 050 505 52 76
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
