Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Baku Steel Company CJSC

Keyfiyyətə nəzarət şöbəsinin rəis müavini

SumqayıtMənbə: Vezife.az

Vakansiya haqqında

Sumqayıt üçün keyfiyyətə nəzarət şöbəsinin rəis müavini vakansiyasına istehsal və laboratoriya proseslərinə nəzarət, şikayətlərin araşdırılması və keyfiyyətin təkmilləşdirilməsi fəaliyyətləri daxildir. Təsvir Hazırlanan məhsulların və alınan xammalın keyfiyyətinə nəzarət işini təşkil etmək; İstehsalat Sınaq Laboratoriyasının işini idarə etmək, sınaqların düzgün aparılmasını və nəticələrin etibarlılığını təmin etmək; Zay məhsul və uyğunsuzluqların səbəblərini araşdırmaq, kök səbəb analizini aparmaq və düzəldici tədbirlərin icrasına nəzarət etmək; Müştəri şikayətləri və reklamasiya halları üzrə araşdırmaları təşkil etmək; Laboratoriyanın ISO/IEC 17025 tələblərinə uyğun akkreditasiya prosesini təşkil etmək və auditlər zamanı laboratoriyanı təmsil etmək; Ölçmə və sınaq vasitələrinin kalibrlənməsinə və metroloji nəzarətinə cavab vermək; SAP ERP sistemi üzərindən keyfiyyətə nəzarət proseslərinin və məlumatların düzgün qeydiyyatını izləmək; Keyfiyyətə nəzarət proseslərinin davamlı şəkildə təkmilləşdirilməsini təmin etmək; Tabeliyində olan əməkdaşların fəaliyyətini idarə etmək və iş bölgüsünü təşkil etmək; Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ekoloji tələblərə riayət olunmasına nəzarət etmək. Tələblər Metallurgiya, standartlaşdırma və metrologiya, idarəetmə və ya uyğun texniki ixtisas üzrə ali təhsil; Keyfiyyətə nəzarət sahəsində minimum 5 il, rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi; Metallurgiya, materialşünaslıq və polad istehsalı prosesləri üzrə güclü texniki biliklər; Mexaniki sınaqlar, kimyəvi və spektral analizlər üzrə bilik və təcrübə; ISO 9001 və ISO/IEC 17025 standartları üzrə bilik və tətbiq bacarığı; ISO 14001 və ISO 45001 standartları üzrə biliklərin olması üstünlükdür; Uyğunsuzluqların idarə olunması, kök səbəb analizi və düzəldici tədbirlərin hazırlanması bacarığı; Komanda idarəetməsi, analitik düşünmə və problem həll etmə bacarıqları; Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək. İş məlumatları İş yeri: Sumqayıt şəhəri Vakansiya növü: Tam ştat İmtiyazlar Nahar təminatı Rəqabətli əmək haqqı Korporativ nömrə Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.