Vakansiya haqqında
Tovuzda kredit mütəxəssisi vakansiyası üzrə müştəri cəlbi, kredit satışı və portfelin izlənməsi sahəsində bacarığı olan namizədlər axtarılır.
Namizədə dair tələblər
Ali təhsil: Maliyyə, İqtisadiyyat, Menecment, Bank işi, Biznesin idarə edilməsi istiqamətlərindən biri üzrə.
Kreditlərin verilməsi ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının qayda, prosedur və təlimatları haqqında bilik.
Qızıl üzrə anlayış və lombard krediti sahəsində təcrübə.
Sertifikatlaşdırılmış kurslarda, akademiyada və ya digər peşəkar təlimlərdə iştirak etmiş olmaq.
Yaş həddi: 25-40.
İş təcrübəsi: minimum 1 il.
Dil biliyi: Azərbaycan dili, sərbəst səviyyədə.
Komanda ilə işləmək bacarığı.
Sosial şəbəkələr və e-mail platformaları üzərindən yazışma qaydalarını bilmək və tətbiq etmək bacarığı.
Yüksək təşkilatçılıq qabiliyyəti və səlis nitq.
Diqqətli və operativ olmaq.
Güclü kommunikasiya bacarığı.
İş barədə məlumat
Yeni müştərilərin cəlb edilməsi.
Müştərilərin maliyyə durumunun təhlil olunması.
Qızıl girovu və digər kredit növləri üzrə, o cümlədən təminatlı, təminatsız və biznes kreditləri üzrə məhsul satışının həyata keçirilməsi.
Qızıl və digər kredit məhsullarının satışını dəstəkləmək üçün reklam və digər müvafiq işlərin görülməsi.
Kredit sənədlərinin kredit komitəsinə hazırlanması.
Mövcud müştəri portfelinin monitorinqi.
Gecikmiş kreditlərin borclulardan qaytarılmasının təmin edilməsi.
Rəhbərliyin tapşırığı ilə vəzifə səlahiyyətlərinə aid digər işlərin icrası.
Əmək haqqı
Razılaşma yolu ilə.
Müraciət qaydası
Tələblərə uyğun namizədlər “Tovuz filialı - Kredit mütəxəssisi” mövzusu ilə CV və peşəkar karyera məlumatlarını Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
