Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

FinexKredit BOKT

Hüquqşünas

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Hüquqşünas vakansiyası üzrə hüquq təhsilli, qanunvericilik biliyi və təcrübəsi olan namizədlər axtarılır. Namizədə dair tələblər Hüquq təhsili olmalıdır; Azərbaycan Respublikasının qanunvericiliyini, o cümlədən Mülki Məcəlləni, Əmək Məcəlləsini, Mülki Prosessual Məcəlləni, maliyyə bazarları sahəsinə aid qanunları, Qiymətli Kağızlar Bazarı haqqında Qanunu və digər normativ aktları bilmək; Analitik düşüncə tərzi, işdə dəqiqlik və yaradıcı yanaşma bacarığı; Yaş həddi: 25-30; Minimum 1 il iş təcrübəsi; Azərbaycan dili əla, rus dili və ingilis dili yaxşı səviyyədə olmalıdır; Komanda ilə işləmək bacarığı; Yüksək təşkilatçılıq və səlis nitq qabiliyyəti; Diqqətli və operativ olmaq; Kommunikasiya bacarığının yüksək səviyyədə olması. İş barədə məlumat Təşkilatın maraqlarının qorunması məqsədilə verilmiş etibarnamə əsasında onun adından məhkəmədə, digər orqan və təşkilatlarda təmsil etmək; İddia ərizələri, vəsatətlər, şikayətlər və digər sənədləri hazırlamaq; Təsis və dəyişikliklərlə bağlı sənədlərlə işləmək; Daxili prosedurların, qaydaların, təlimatların və digər sənədlərin hazırlanmasında iştirak etmək, onların təkmilləşdirilməsi üçün rəy və təkliflər vermək; Rəhbərliyin göstərişi ilə vəzifə səlahiyyətlərinə aid digər işləri icra etmək. Əmək haqqı Razılaşma yolu ilə. Müraciət qaydası Qeyd olunan tələblərə uyğun gələn namizədlər “Hüquqşünas” başlığından istifadə edərək, CV və peşəkar karyera məlumatlarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.