Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Frazex

Korporativ hüquqşünas

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Korporativ hüquqşünas vakansiyası üzrə hüquqi sənədləşmə və müqavilə işləri ilə bağlı iş imkanı təqdim olunur. Vəzifə öhdəlikləri Korporativ müştərilər, tərəfdaşlar və xidmət göstərən şirkətlərlə müqavilələrin hazırlanması və rəsmiləşdirilməsi. Şirkətin maraqlarına uyğun müxtəlif müqavilə növlərinin hazırlanması və razılaşdırılması. Müqavilə şərtlərinin hüquqi baxımdan təhlili, risklərin müəyyən edilməsi və onların azaldılması üçün təkliflərin hazırlanması. Şirkətin fəaliyyəti üçün tələb olunan hüquqi sənədlərin, məktubların, sazişlərin, etibarnamələrin və digər sənədlərin tərtibi. Rəhbərlik və əməkdaşlara cari hüquqi məsələlər üzrə məsləhət verilməsi. Namizədə tələblər Ali hüquq təhsili. Hüquq sahəsində 3 ilədək iş təcrübəsi. Müqavilələrin hazırlanması, yoxlanılması və razılaşdırılması üzrə praktiki bacarıq. Mülki və korporativ hüquq üzrə yaxşı bilik. Hüquqi təhlil aparmaq və sənədlərlə işləmək bacarığı. Yaxşı kommunikasiya qabiliyyəti, işgüzar yazışma və danışıqlar aparmaq bacarığı. Azərbaycan və rus dillərini bilmək arzuolunandır. İş şəraiti Beşgünlük iş həftəsi: 10:00–18:00. İş yeri: Bakı, Babək Plaza. Əmək haqqı: 1500 AZN net. Müraciət qaydası Vakansiyaya müraciət etmək üçün CV-nizi “Korporativ hüquqşünas” vəzifəsinin adını qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.