Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Merkuri BOKT

İnsan resursları üzrə menecer

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

“Merkuri” Bank Olmayan Kredit Təşkilatı insan resursları üzrə menecer vakansiyası üçün müraciətləri qəbul edir. Vəzifə öhdəlikləri Təşkilatın ümumi strategiyasına uyğun olaraq İnsan Resursları strategiyasının hazırlanması və icrasının təmin edilməsi; HR komandasına rəhbərlik etmək, iş bölgüsünü aparmaq və fəaliyyətin əlaqələndirilməsini təmin etmək; Təşkilati strukturun, ştat cədvəlinin və vəzifə təlimatlarının hazırlanmasına və təkmilləşdirilməsinə nəzarət etmək; İşçi ehtiyacını müəyyənləşdirmək, kadr planlamasını aparmaq və müvafiq hesabatları rəhbərliyə təqdim etmək; İşə qəbul və seçim proseslərini, o cümlədən müsahibələrin keçirilməsini və namizədlərin qiymətləndirilməsini effektiv idarə etmək; Yeni əməkdaşların adaptasiya və sınaq müddətinin qiymətləndirilməsi prosesini təşkil etmək və nəzarətdə saxlamaq; Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq kadr kargüzarlığının, kadr uçotunun və sənədləşmə proseslərinin düzgün təşkilinə nəzarət etmək; Əmək müqavilələrinin bağlanılması və dəyişdirilməsi, məzuniyyət, ezamiyyət, iş vaxtının uçotu və xitam proseslərinə nəzarət etmək; Kadr axıcılığı, davamiyyət, işə qəbul müddəti, əməkdaşların məhsuldarlığı və digər İR göstəricilərini təhlil etmək, nəticələr üzrə tədbirlər planı hazırlamaq; Əməkdaşların təlim və inkişaf ehtiyaclarını müəyyənləşdirmək, illik təlim planını hazırlamaq və icrasını təşkil etmək; Karyera inkişafı və əsas vəzifələr üzrə əvəzetmə planlarını hazırlamaq; Korporativ mədəniyyətin inkişafına töhfə vermək və motivasiya proqramlarını həyata keçirmək; Anonim məmnunluq sorğularının keçirilməsinə nəzarət etmək, nəticələri təhlil etmək və təkmilləşdirmə tədbirləri hazırlamaq; Əmək intizamına və daxili intizam qaydalarına riayət olunmasına nəzarət etmək; HR prosesləri üzrə riskləri müəyyənləşdirmək və onların minimuma endirilməsi üçün tədbirlər görmək; HR siyasət və prosedurlarını hazırlamaq, mütəmadi yeniləmək və tətbiqinə nəzarət etmək; HR fəaliyyəti üzrə aylıq, rüblük və illik hesabatları hazırlayaraq rəhbərliyə təqdim etmək. Tələblər İnsan resurslarının idarə edilməsi, biznesin idarə edilməsi, hüquq və ya əlaqəli sahə üzrə ali təhsil; İnsan Resursları sahəsində minimum 5 il iş təcrübəsi; Azərbaycan Respublikasının əmək qanunvericiliyini dərindən bilmək və onu praktikada tətbiq edə bilmək; Kadr kargüzarlığı və əmək münasibətlərinin idarə olunması sahəsində güclü praktiki biliklər; İşə qəbul, performansın qiymətləndirilməsi, motivasiya, təlim və inkişaf sistemləri üzrə təcrübə; Liderlik, komandanı idarəetmə, planlaşdırma və qərarvermə bacarıqları; Yüksək ünsiyyət, təqdimat, danışıqlar aparmaq və münaqişələri həll etmək qabiliyyəti; Məsuliyyətlilik, obyektivlik, məxfilik və yüksək peşə etikası; Maliyyə, bank və ya bank olmayan kredit təşkilatında İnsan Resursları üzrə iş təcrübəsi; Müraciət qaydası Hazır CV formalarınızı mövzu hissəsində “HR menecer” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.