Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Grinco

Xarici satınalma üzrə mütəxəssis

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Grinco MMC xarici satınalma üzrə mütəxəssis axtarır. Əsas vəzifələr Texniki tələblərə uyğun məhsul, marka və model seçimini etmək, xarici istehsalçı və təchizatçıları müəyyənləşdirmək; Təchizatçıların etibarlılığını araşdırmaq, qiymət və kommersiya təkliflərini müqayisəli şəkildə analiz etmək; Qiymət, ödəniş, istehsal, çatdırılma və zəmanət şərtləri üzrə danışıqlar aparmaq; Tender və satınalma layihələri üçün texniki məlumatları, kataloqları, sertifikatları və tələb olunan istehsalçı sənədlərini toplamaq; Məhsul və logistika xərclərini nəzərə alaraq maya dəyərini hesablamaq; Sifarişləri təsdiqdən təhvilə qədər izləmək, istehsal və çatdırılma müddətlərinə nəzarət etmək; Uyğunsuzluqları və gecikmə risklərini vaxtında müəyyənləşdirmək, həll yolları hazırlamaq; Təchizatçı bazasını, satınalma sənədlərini və sifariş hesabatlarını sistemli şəkildə aparmaq. Axtardığımız namizəd Xarici satınalma sahəsində minimum 2 il praktik təcrübəyə malikdir; İngilis dilində sərbəst işgüzar yazışma və şifahi danışıqlar apara bilir; Alibaba, Made-in-China və digər mənbələrdən istifadə edərək istehsalçıları müstəqil şəkildə araşdırır; Texniki spesifikasiyaları təhlil edir, təklif olunan məhsulun tələblərə uyğunluğunu yoxlayır; Incoterms, beynəlxalq daşınma və idxal sənədləşməsi üzrə praktiki biliklərə malikdir; Excel-də qiymət müqayisəsi və xərc hesablamaları hazırlaya bilir; İşini planlaşdırır, razılaşdırılmış müddətlərə əməl edir və başladığı işi nəticəyə çatdırır. Əlavə üstünlüklər Çin və Türkiyə bazarları ilə iş, tender layihələri, idman avadanlıqları və promo məhsullar üzrə təcrübə, rus və ya Çin dili biliyi, həmçinin ERP sistemləri ilə işləmək bacarığı üstünlükdür. Təklif edirik Aylıq əməkhaqqı: 1 500–2 000 AZN net; Təcrübə və praktik bacarıqlara uyğun əməkhaqqının müəyyən edilməsi; Rəsmi əmək müqaviləsi və tam ştat iş; Beynəlxalq istehsalçılar və müxtəlif təchizat layihələri ilə işləmək imkanı. Müraciət qaydası İş yeri: Bakı, Rövşən Əliyev küçəsi 1, Nobel Hotel yaxınlığı. CV-nizi “Xarici satınalma üzrə mütəxəssis” mövzusu ilə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərin. Məktubda işlədiyiniz xarici bazarları və satınalma təcrübəniz olan məhsul kateqoriyalarını qısa qeyd edin. İlkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.