Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Omnivision MMC

Biznesin inkişafı üzrə menecer (B2B satış)

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Videomüşahidə və təhlükəsizlik sistemləri üzrə yeni B2B satış imkanları yarada bilən, aktiv və nəticəyönümlü biznesin inkişafı üzrə menecer axtarılır. Vəzifə öhdəlikləri Korporativ müştəriləri, təhlükəsizlik sistemləri üzrə inteqratorları və quraşdırıcı tərəfdaşları müstəqil şəkildə müəyyən etmək; Yeni müştərilərlə ilkin əlaqə qurmaq, görüşlər təşkil etmək və məhsulları təqdim etmək; Müştərinin ehtiyaclarına uyğun həll və kommersiya təklifi hazırlayaraq danışıqları satış mərhələsinədək aparmaq; Videomüşahidə və təhlükəsizlik sistemləri üzrə yeni satış kanalları və layihə imkanları formalaşdırmaq; Müştərilərlə aparılan işin bütün mərhələlərini qeydə almaq; Yeni əlaqələr, görüşlər, təkliflər və satış nəticələri barədə həftəlik hesabat təqdim etmək. Namizəddən tələblər CCTV, videomüşahidə və təhlükəsizlik sistemləri sahəsində B2B satış təcrübəsi; Bu sahədə məhsulları və müştəri ehtiyaclarını anlamaq, uyğun həllər təqdim etmək bacarığı; Yeni müştəriləri müstəqil şəkildə axtarıb tapmaq və danışıqları satışla nəticələndirmək təcrübəsi; Təşəbbüskarlıq, dinamika, güclü ünsiyyət və təqdimat bacarığı; İşi planlı aparmaq və nəticələri rəqəmlərlə təqdim etmək bacarığı. İş şəraiti Əmək haqqı: təcrübəyə uyğun; Satış nəticələrinə əsaslanan bonus sistemi; Rəsmi əmək müqaviləsi; 5 günlük iş həftəsi, 09:00–18:00. Güclü nəticə göstərən əməkdaş üçün gələcəkdə satış komandasına rəhbərlik istiqamətində inkişaf imkanı mövcuddur. Müraciət qaydası CV-nizi mövzu hissəsində “Biznesin inkişafı üzrə menecer” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.