Vakansiya haqqında
Qazma qurğuları üzrə elektrik vəzifəsi üçün təcrübəli peşəkar tələb olunur.
Vəzifə öhdəlikləri
Müəssisənin fəaliyyət göstərdiyi bütün sahələrdə, ona həvalə olunan iş zonasına uyğun olaraq iş funksiyalarını təhlükəsiz və keyfiyyətli şəkildə yerinə yetirmək;
Elektrik avadanlıqlarını, paylayıcı şitləri, elektrik panellərini, MCC-ləri, idarəetmə panellərini və digər elektrik qurğularını yoxlamaq, nasazlıqları aşkar edib aradan qaldırmaq;
Elektrik mühərriklərinin, generatorların, transformatorların və digər elektrik avadanlıqlarının texniki xidmətini və təmirini həyata keçirmək;
Elektrik mühərriklərinin sökülməsi, baxışı, təmiri və yenidən yığılmasını təmin etmək;
Kabel xətlərinin çəkilişi, ucların hazırlanması, markalanması, birləşdirilməsi və kabel marşrutlarının texniki vəziyyətinin yoxlanılmasını icra etmək;
Elektrik avadanlıqlarının izolyasiya müqavimətini, davamlılığını, torpaqlanmasını və digər elektrik göstəricilərini müvafiq ölçü cihazları ilə yoxlamaq;
Elektrik sistemlərində sınaq və ölçmə işləri aparmaq, nəticələri qeyd etmək və uyğunsuzluqlar barədə rəhbərliyi məlumatlandırmaq;
Elektrik avadanlıqlarına planlı və profilaktik texniki xidmət göstərmək, avadanlıqların daim işlək vəziyyətdə qalmasını təmin etmək;
Qoruyucu aparatları, avtomat açarları, qoruyucuları, kontaktorları, releləri və digər elektrik komponentlərini yoxlamaq və ehtiyac olduqda dəyişdirmək;
Aşkarlanan elektrik nasazlıqlarının səbəblərini müəyyən etmək, aradan qaldırılması üçün müvafiq tədbirlər görmək və görülən işlər barədə hesabat vermək;
Təmir və texniki xidmət işlərindən sonra elektrik avadanlıqlarının funksional və təhlükəsizlik sınaqlarını həyata keçirmək;
Partlayış təhlükəli zonalarda (Ex Zone) elektrik avadanlıqları ilə işləyərkən müvafiq Ex tələblərinə, prosedurlara və təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
Elektrik avadanlıqları üzərində işə başlamazdan əvvəl enerji mənbəyinin təhlükəsiz şəkildə təcrid olunmasını, LOTO (Lockout/Tagout) prosedurunun və müvafiq İş İcazəsinin (Permit to Work) tətbiqini təmin etmək;
Elektrik təhlükəsizliyi qaydalarına, əməyin mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi tələblərinə ciddi əməl etmək;
Elektrik avadanlıqlarında və iş sahəsində aşkar olunan təhlükəli vəziyyətlər, nasazlıqlar və potensial risklər barədə dərhal rəhbərliyə məlumat vermək;
Fövqəladə hallar zamanı müəssisənin müəyyən etdiyi fövqəladə hallar və təxliyə prosedurlarına uyğun hərəkət etmək;
Yerinə yetirilmiş texniki xidmət, təmir, sınaq və nasazlıqlar üzrə müvafiq texniki qeydləri və hesabatları aparmaq;
Rəhbər tərəfindən verilən digər tapşırıqları vəzifə təlimatına, müəssisənin daxili prosedurlarına və qüvvədə olan təhlükəsizlik tələblərinə uyğun yerinə yetirmək.
Namizədə tələblər
Orta və ya peşə təhsili; mexanika və ya müvafiq texniki ixtisas üstünlük hesab olunur;
Müvafiq sahədə və oxşar vəzifədə minimum 3 il iş təcrübəsi;
Qazma qurğuları və mexaniki avadanlıqların texniki xidməti və təmiri üzrə praktiki biliklər;
Mexaniki alətlərdən və ölçü cihazlarından istifadə bacarığı;
SƏTƏM standartları və təhlükəsizlik qaydaları barədə biliklər;
Komandada işləmək bacarığı, məsuliyyətlilik və intizamlılıq;
Fiziki iş şəraitində və növbəli iş rejimində işləmək imkanı.
Qeyd
Yalnız qazma qurğuları üzrə təcrübəsi olan namizədlər müraciət etsin.
Müraciət
Maraqlanan namizədlər öz CV-lərini Müraciətet düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
