Vakansiya haqqında
Bakı üzrə CCTV və mərkəzi mühafizə operatoru vakansiyası üçün namizəd axtarılır.
Vəzifə öhdəlikləri
Pərakəndə obyektlərdə CCTV kameraları vasitəsilə monitorinq aparmaq və təhlükəli fəaliyyətləri vaxtında müəyyən etmək
Mərkəzi mühafizə sistemindən gələn siqnal və xəbərdarlıqlara dərhal reaksiya vermək
Mərkəzi mühafizə konsolunu idarə etmək, alarmlara və giriş-çıxış nəzarətinə nəzarət etmək
Aşkarlanan qeyri-adi hallar və şübhəli davranışlar barədə qeyd aparmaq və rəhbərliyə hesabat təqdim etmək
İnident zamanı mühafizə komandası və idarə heyəti ilə koordinasiyalı və effektiv ünsiyyət qurmaq
Monitorinq edilən bütün hadisələr və görülən tədbirlər üzrə ətraflı qeydiyyat aparmaq
Avadanlıqların fasiləsiz və düzgün işləməsinə nəzarət etmək, mütəmadi sistem yoxlamaları həyata keçirmək
Fövqəladə hallarda müəyyən olunmuş prosedurlara uyğun olaraq sürətli və düzgün qərarlar vermək
Namizədə tələblər
Orta, orta ixtisas və ya peşə təhsili, ali təhsil üstünlükdür
CCTV və ya təhlükəsizlik sistemləri sahəsində minimum 1 il iş təcrübəsi
Monitorinq sistemləri, siqnalizasiya və giriş-çıxış nəzarət sistemləri üzrə ilkin biliklər
Kompüter bilikləri və MS Office, eləcə də əsas proqramlarla işləmə bacarığı
Diqqətlilik, məsuliyyətlilik və operativ qərarvermə bacarığı
Stressə davamlılıq və fövqəladə hallarda düzgün reaksiya vermək bacarığı
Yazılı və şifahi ünsiyyət bacarığı
Digər məlumatlar
Nahar və servis ilə təmin edilmə
Əmək bazarına uyğun rəqabətli əmək haqqı
Korporativ mobil nömrə
İş qrafiki: Gecə növbəsi
Müraciət qaydası
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər CV formalarını “CCTV və mərkəzi mühafizə operatoru” mövzusunu qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
