Vakansiya haqqında
Bakıda satış məsləhətçisi axtarılır.
Şirkət haqqında
Prime Accessories yeniliklərə açıq, karyera inkişafını ön planda saxlayan və dinamik iş mühiti yaradan şirkətdir. Şirkət daxili yüksəliş imkanlarının artması və yeni filialların açılması ilə bağlı komandamıza yeni satış məsləhətçisi axtarılır.
Vəzifə öhdəlikləri
Filiala daxil olan müştəriləri qarşılayaraq onların ehtiyaclarını öyrənmək və uyğun məhsulları təklif etmək;
Kampaniyalar barədə müştərilərə məlumat vermək;
Satış prosesini həyata keçirmək;
Mağazada olan məhsullar barədə məlumatlı olmaq, daim öyrənmək və inkişaf etmək;
Şirkətin təşkil etdiyi təlim və treninqlərdə iştirak etmək.
Tələb olunan xüsusiyyətlər
İnandırma qabiliyyəti;
Gülərüz və ünsiyyətcil olmaq;
Satış sahəsində minimum 2 il iş təcrübəsi;
Rus və ingilis dillərində danışıq səviyyəsində bilik;
Komandada işləmək bacarığı;
Nitq mədəniyyəti;
22-30 yaş aralığında namizədlər;
Tələbələr üçün uyğun deyil.
Təklif etdiyimiz imkanlar
Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
Partnyor olduğumuz məkanların xidmət və məhsullarından endirimlə yararlanmaq imkanı;
Şirkət daxili təlim və inkişaf imkanları;
Karyera yüksəlişi imkanı;
6 günlük növbəli iş qrafiki: 10:00-18:00, 12:00-20:00, 14:00-22:00;
Satış nəticələrinə görə əmək haqqından əlavə bonuslar;
Fix 600 AZN və faizdən ibarət əmək haqqı sistemi.
Müraciət qaydası
Əgər satış məsləhətçisi kimi karyera qurmaq, öz potensialınıza güvənmək və inkişaf etmək istəyirsinizsə, CV-nizi “Satış məsləhətçisi” başlığı ilə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
