Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Ecomag LTD

Mühasib

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Peşəkar mühasib tələb olunur. Namizəd hesabat, bəyannamə və ödəniş proseslərini icra edəcək. Vəzifə öhdəlikləri Rəsmi hesabatların (Vergi, DSMF, Statistika) aylıq və rüblük hazırlanması və təqdim edilməsi; Bəyannamələrin (ƏDV, ÖMV, Mənfəət) hazırlanması və göndərilməsi; Debitor hesablaşmaların aparılması; Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması; Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsi; Əmək haqqı və məzuniyyət haqqı ödənişlərinin hesablanması və ödənilməsi; Uyğunsuzluqların araşdırılması və müvafiq tədbirlərin görülməsi. Namizədə tələblər Xanım namizəd; Ali təhsil; Yaş həddi: 25-45; Bu sahə üzrə ən azı 3 il iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək; Konsaltinq sahəsində iş təcrübəsi arzuolunan və üstünlük hesab edilir. İş şəraiti İş vaxtı: 5 günlük iş rejimi, saat 09:00-18:00; İstirahət günləri: Şənbə, Bazar; Peşəkar komanda mühiti. Ünvan Bakı Müraciət qaydası İşləmək istəyən namizədlər Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına CV-lərini göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.