Vakansiya haqqında
Şirkətimiz interyer dizayn layihələrinin hazırlanması və icrasında iştirak edəcək mütəxəssis axtarır.
Vəzifə öhdəlikləri
Müştəri tələblərinə əsasən interyer dizayn konsepsiyalarının hazırlanması;
Layihə planlarının, işçi çertyojların və 3D vizuallaşdırmaların işlənməsi;
Layihələrin texniki və estetik tələblərə uyğun icrasına dəstək verilməsi;
Memarlar, mühəndislər, podratçılar və təchizatçılarla əlaqəli işin koordinasiyası;
Material, mebel və avadanlıq seçimində iştirak edilməsi;
Layihə sənədlərinin hazırlanması və idarə olunması;
Tikinti və quraşdırma proseslərinin layihəyə uyğun izlənilməsi;
Layihələr üzrə hesabatların və sənədləşmənin təmin edilməsi.
Tələblər
Memarlıq, İnteryer Dizaynı və ya əlaqəli ixtisas üzrə ali təhsil;
İnteryer dizaynı və ya memarlıq sahəsində minimum 2 il iş təcrübəsi;
AutoCAD, 3Ds Max (Corona), SketchUp, Revit və Adobe Photoshop proqramlarında işləmək bacarığı;
İnteryer dizayn layihələrinin hazırlanması və vizuallaşdırılması üzrə təcrübə;
Tikinti materialları və interyer həlləri barədə əsas biliklər;
Yaradıcılıq qabiliyyəti, detallara diqqət və estetik yanaşma;
Komanda ilə işləmək və səmərəli ünsiyyət qurmaq bacarığı;
Eyni vaxtda bir neçə tapşırıq və layihə üzərində işləmək bacarığı;
Güclü portfolio təqdim edə bilmək.
Qeyd
Bu vakansiya analıq məzuniyyətində olan əməkdaşın əvəzlənməsi üçün müddətli əmək müqaviləsi əsasında nəzərdə tutulub.
Vakansiya növü: Müvəqqəti
İmtiyazlar
Könüllü tibbi sığorta;
İşçinin inkişafı üçün təlim və tədris proqramları;
Rəqabətli əmək haqqı və bonus sistemi;
Şəhər mərkəzində ofis;
Korporativ tədbirlər;
Korporativ loyallıq proqramına üzvlük.
Müraciət qaydası
Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
