Vakansiya haqqında
Alterum MMC Bakı şəhərində təmizlik işləri üzrə texniki işçi axtarır.
Əsas vəzifələr
Ofislərin və sanitar qovşaqların gündəlik təmizliyinin həyata keçirilməsi;
İclas otaqları, restoran, lobi, lift və digər ümumi istifadə sahələrinin səliqəyə salınması;
Otaqların, dəhlizlərin, pilləkənlərin və digər sahələrin mop, tozsoran, döşəmə təmizləyici və digər təmizlik avadanlıqları ilə təmizlənməsi;
Həftə sonları ümumi təmizlik işlərinin görülməsi;
Təmizlik avadanlıqlarından düzgün və səliqəli istifadə edilməsi, onların qorunub saxlanılması;
Təmizlik ləvazimatları və iş sahələrində aşkarlanan çatışmazlıqlar barədə koordinatora məlumat verilməsi;
Koordinatorun verdiyi əlavə tapşırıqların icrası;
Müəyyən olunmuş təmizlik standartlarına və daxili qaydalara uyğun işləmək.
Namizədə tələblər
Bu sahə üzrə təcrübə mütləq deyil, iş prosesi yerində öyrədilir;
Məsuliyyətli, diqqətli və səliqəli olmaq;
Dəyişən mühitdə və eyni anda bir neçə tapşırıqla işləmək bacarığına malik olmaq;
Kollektiv daxilində sakit və təmkinli davranmaq;
Sanitar-gigiyenik normalara riayət etmək;
Mehmanxana və ya oxşar sahədə təmizlik təcrübəsi üstünlük hesab olunur.
İş şərtləri
Əmək haqqı: 670 AZN;
Yalnız bəylər müraciət etsin;
İş qrafiki: həftədə 6 gün, dəyişkən növbəli rejim;
Səhər növbəsi: 07:00 – 15:00;
Günorta növbəsi: 14:00 – 22:00;
Yemək və iş geyimi (uniforma) ilə təmin olunma;
Peşəkar və mehriban komanda ilə çalışma imkanı;
Rəsmi əmək müqaviləsi;
İş yeri: Bakı şəhəri, Nizami küçəsi 90A, Landmark III.
Müraciət qaydası
CV-lərinizi Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Sizə uğurlar arzulayır və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
