Vakansiya haqqında
Xankəndidə Formen vakansiyası elan olunur. Tikinti işlərinin təşkili və briqadaların idarə olunması bacarığı olan namizədlər müraciət edə bilər.
İş şəraiti
İş yeri: Xankəndi şəhəri
İş rejimi: Tam iş günü
Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına əsasən müəyyən edilir
Vəzifə öhdəlikləri
Layihə rəhbəri və Sahə rəisinin verdiyi tapşırıqları icra etmək;
Verilmiş tapşırıqları işçi briqadalarına çatdırmaq və işlərin gedişini təşkil etmək;
Tikinti işlərinin layihə və texniki tələblərə uyğun aparılmasına nəzarət etmək;
İşçilər arasında iş bölgüsü aparmaq və gündəlik iş prosesini tənzimləmək;
İşlərin müəyyən edilmiş qrafikə uyğun yerinə yetirilməsini izləmək;
Görülən işlərin keyfiyyətinə nəzarət etmək;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və SƏTƏMM tələblərinə əməl olunmasını təmin etmək;
Material və avadanlıqlardan düzgün istifadəyə nəzarət etmək;
İş prosesində yaranan məsələlər barədə Sahə rəisi və Layihə rəhbərinə məlumat vermək;
Gündəlik görülən işlər üzrə hesabat təqdim etmək.
Namizədə tələblər
Tikinti sahəsində Formen və ya briqadir vəzifəsində 3-5 il iş təcrübəsi;
Tikinti işlərinin təşkili və işçi briqadalarının idarə edilməsi bacarığı;
Layihə və texniki sənədlərlə işləmə bacarığı;
İş intizamına və təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
Məsuliyyətli, operativ və komandada işləmə bacarığı.
Müraciət qaydası
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Formen” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
