Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Ineo Group

Merçendayzer (Yves Rocher)

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Yves Rocher brendi üçün Bakı üzrə merçendayzer vakansiyası açıqdır. Namizəd mağaza merçendayzinqi, vizual təqdimat və stok nəzarətinə tam məsul olacaq. Vəzifə öhdəlikləri Merçendayzinq və vizual idarəetmə Aylıq merçendayzinq materiallarını vaxtında mağazaya çatdırmaq, ayın ilk 4 günündə yeni merçendayzinqin tam tətbiqini təmin etmək və ay sonunadək standartların qorunmasına nəzarət etmək. Cari ayın ilk günü mağaza vitrinlərinin yeni merçendayzinqə uyğun şəkildə yenilənməsini təmin etmək. BM və ya RM-dən istifadə müddətinə 12 ay qalmış məhsulların siyahısını almaq, satış üçün təkliflər hazırlamaq və icrasını təmin etmək. Satışı zəif olan və istifadə müddətinə 6 ay qalmış məhsulların realizasiyasını artırmaq üçün kreativ merçendayzinq təklifləri hazırlamaq və prosesi nəzarətdə saxlamaq. Satış nöqtələrində və mağazalarda depo ehtiyatını, həmçinin məhsul çeşidlərinin kifayətliliyini mütəmadi yoxlamaq. Uyğunsuzluq olduqda vəziyyətə uyğun olaraq mağaza, RM və BM ilə məsələni dəqiqləşdirmək və tədbir metodunu seçmək. Məhsulların tətbiq olunmuş merçendayzinq standartlarına əsasən rəflərdə mövcudluğunu davamlı izləmək. Uyğunsuzluq aşkar edilərsə, vəziyyətə uyğun olaraq mağaza, RM və BM ilə məsələni aydınlaşdırmaq və tədbir metodunu seçmək. Mağazada qüvvədə olan bütün kampaniyalar və endirimlər üzrə vizual kommunikasiya materiallarını hazırlamaq və mağazalarda tətbiqini təmin etmək. Mağaza əməliyyatları və nəzarət Mağazada yerləşdirilən və anbarda saxlanılan çap materiallarının çeşidlənməsini və istifadəyə yararlı qalmasını daim nəzarətdə saxlamaq. Mağazada satış üçün nəzərdə tutulan dəstlərin hazırlanma prosesini təmin etmək. Dəstlərin ümumi dizaynını təqdimat formasında hazırlamaq və müzakirə üçün BM və direktora təqdim etmək. Hesabatlılıq və kommunikasiya Mağazalarda merçendayzinq ilə bağlı hər hansı problem aşkarlandıqda RM və BM-ə rəsmi məlumat e-maili göndərmək. Bütün satış məntəqələri üzrə müəyyən edilmiş qaydada lazımi qeydləri vaxtında aparmaq, sifarişlər, düzəlişlər, çatışmayan məhsul, aksesuar və dəyişikliklərlə bağlı vəziyyətə uyğun olaraq BM və ya RM-i məlumatlandırmaq, prosesi nəzarətdə saxlamaq. Cari ayın 15-dək növbəti ay üzrə planı müzakirə etmək və rəhbərliyə aylıq görüləcək işlər barədə foto və yazılı hesabatlar, həmçinin təqdimatlar vermək. Aylıq iş qrafikini HR Departamentinə təqdim etmək. Brend və məhsul bilikləri Brendin məhsul çeşidləri barədə daim məlumatlı olmaq, yeni məhsullar haqqında baş təlimçidən mütəmadi məlumat almaq və brendin təşkil etdiyi təlimlərdə mütləq iştirak etmək. Açılış, bağlanış və logistika Yeni mağazaların açılışı zamanı onları loqo, zəruri brend təqdimat materialları, kommunikasiya və çap materialları ilə təmin etmək. Mağaza bağlanışı zamanı loqonun çıxarılmasını, aksesuar və çap materiallarının inventarizasiyasını, bütün ləvazimatların standartlara uyğun paketlənməsini təmin etmək, prosesi nəzarətdə saxlamaq, lazım olduqda digər mağazalara transfer etmək, ehtiyac olmadıqda isə anbara göndərilməsini təmin etmək. Anbar və materialların idarə olunması Anbarda saxlanılan mebel və aksesuarlar mövcud olduqda brendin təqdimat, çap və kommunikasiya materiallarının, qutuların standartlara uyğun, zədələnmədən və istifadəyə yararlılıq itkisi olmadan saxlanılmasını təmin etmək və prosesi davamlı izləmək. Qırılmış və ya zədələnmiş mebel, çap materialları və aksesuarların səbəblərini araşdırmaq, BM və RM-i yazılı şəkildə məlumatlandırmaq. Mağaza üçün lazım olan yeni mebel və aksesuarların siyahısını hazırlamaq, sifariş üçün BM-ə təqdim etmək və prosesi nəzarətdə saxlamaq. Namizəd üçün tələblər Xanım namizədlər. Merçendayzer vəzifəsində pərakəndə satış sahəsində minimum 3-5 il təcrübə, retail sahəsində təcrübə üstünlükdür. Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı. Stok, qiymət və satış idarəçiliyində praktiki təcrübə. Azərbaycan və rus dillərində sərbəst ünsiyyət. İş şərtləri İş qrafiki: 6/1, növbəli iş qrafiki. Əmək haqqı: 800-900 AZN + KPI. Müraciət qaydası Maraqlanan namizədlərdən mövzu sətrində “Merçendayzer” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına CV göndərmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.