Vakansiya haqqında
Baş data analitik vakansiyası üzrə məlumatların təhlili, hesabatların hazırlanması və biznes tələblərinin sənədləşdirilməsi kimi fəaliyyətlər icra olunacaq.
İş öhdəlikləri
Yazılı texniki və funksional sənədləri hazırlamaq;
Toplanmış məlumatları təhlil edərək mövcud proseslərdə və ya sistemlərdə boşluqları, imkanları və çətinlikləri müəyyənləşdirmək;
Biznes tələblərini, proses mərhələlərini, ideyaları və istifadəçi hekayələrini aydın və sistemli şəkildə sənədləşdirmək üçün istinad və kommunikasiya təmin etmək;
Biznes tələblərini funksional spesifikasiyalara çevirmək və texniki qruplarla sıx əməkdaşlıq edərək uyğun həllər hazırlamaq;
Biznes məqsədlərinə uyğun praktiki məlumatlar və nəticələr təqdim etmək;
Biznes tələblərinə əsasən mürəkkəb və böyük məlumatların aqreqasiyasını effektiv şəkildə göstərən interaktiv və qabaqcıl dasibordlar, həmçinin statistik və analitik hesabatlar yaratmaq;
Üst rəhbərliyin qərarvermə və ideya formalaşdırması üçün hesabatlar hazırlamaq;
Korrelyasiya təhlili və xüsusiyyət mühəndisliyi kimi məlumat araşdırma texnikaları üzrə bilikləri dərinləşdirmək;
Məlumatın keyfiyyəti və strukturunu tam qiymətləndirmək üçün məlumat profil texnikalarından istifadə edərək nümunələri, uyğunsuzluqları və potensial problemləri müəyyənləşdirmək;
İntellektual məlumat analizi layihələrini başlanğıcdan sonadək idarə etmək;
Təşkilatın uzunmüddətli məqsədlərinə uyğun intellektual məlumat analizi strategiyaları formalaşdırmaq;
Modelin performansını daha dəqiq qiymətləndirmək üçün kross yoxlamalar tətbiq etmək;
Böyük məlumat sistemlərində məlumatların hazırlanması ilə məşğul olmaq;
Minio və ya Spark kimi paylanmış hesablama texnologiyalarından istifadə edərək böyük məlumatları tələblərə uyğun hazırlamaq;
Mürəkkəb problemləri daha kiçik və idarə edilə bilən tapşırıqlara bölmək, proqramlaşdırma vasitəsilə effektiv həllər inkişaf etdirmək;
Məlumat təhlilinin bütün mərhələlərini idarə etmək;
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
İş təcrübəsi: 5 il;
Məhsul üzrə biliklər: Oracle BI Publisher, Oracle BI və ya Tableau, və ya Power BI, Oracle FlexCube (əlavə), Oracle Administration Tool (əlavə), PL/SQL;
Yumşaq səriştələr: yüksək kommunikasiya bacarığı;
Lisenziya/Sertifikat: Oracle PL/SQL programs units, Oracle Sql Expert;
Dil bilikləri: İngilis dili (əla), Rus dili (yaxşı);
Kompüter bilikləri: R və ya Python, Oracle PL/SQL, MS Office Excel.
Vakansiya haqqında
Vakansiya növü: Tam ştat
Müraciət qaydası
Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
