Vakansiya haqqında
Korporativ satış üzrə mütəxəssis axtarılır.
Vəzifə öhdəlikləri
Yeni korporativ müştərilərin tapılması və əməkdaşlığa cəlb edilməsi
Şirkət, məktəb, bağça və digər təşkilatlarla B2B satış əlaqələrinin qurulması
Mövcud korporativ müştəri münasibətlərinin inkişaf etdirilməsi
Müştəri ehtiyaclarının müəyyən olunması və uyğun məhsulların təklif edilməsi
Kommersiya təkliflərinin hazırlanması və təqdim olunması
Qiymət, məhsul və satış şərtləri üzrə danışıqların aparılması
Sifarişin qəbulundan çatdırılmaya qədər prosesin izlənməsi və koordinasiyası
Satış hədəflərinin icra edilməsi
Bazarın və rəqiblərin araşdırılması
Korporativ müştəri bazasının genişləndirilməsi
Görüşlər və satış fəaliyyəti barədə hesabatların hazırlanması
Namizədə tələblər
Ali təhsil arzuolunandır
Korporativ və ya B2B satış sahəsində minimum 1 il iş təcrübəsi
Yaş həddi: 25-35
Yüksək ünsiyyət və təqdimat bacarığı
Komanda ilə işləmək və satış hədəflərinə fokuslanmaq bacarığı
Məsuliyyətli, təşəbbüskar və nəticəyə yönəlik yanaşma
Rus dili biliyi üstünlükdür
Hazır müştəri portfelinin olması üstünlükdür
Sürücülük vəsiqəsi və avtomobilin olması üstünlükdür
İş şəraiti
Əmək haqqı: 700 AZN + satışdan bonus
İş qrafiki: 6 günlük, şənbə günü qısa iş saatı
Karyera inkişafı və öyrənmə imkanları
Rahat və peşəkar iş mühiti
Müraciət qaydası
CV-nizi Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına “Korporativ satış mütəxəssisi” başlığı ilə göndərin.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
