Vakansiya haqqında
Bakıda baş mühasib vakansiyası üzrə işçi qəbulu elan olunur. Maliyyə və mühasibat uçotu sahəsində təcrübəsi olan namizədlər müraciət edə bilər.
İş şəraiti
Region: Bakı şəhəri, Səbail rayonu, Sahil m/s-nun yaxınlığı
İş qrafiki: Bazar ertəsi - Şənbə
Əmək haqqı: Müsahibə əsasında
Tələblər
Maliyyə, iqtisadiyyat və ya mühasibat uçotu üzrə ali təhsil
Baş mühasib və ya baş mühasib müavini kimi minimum 3-5 il iş təcrübəsi
1C 8.3 versiyası, MS Excel, e-taxes.gov.az və e-gov.az portalları ilə sərbəst işləmək bacarığı
AR Vergi Məcəlləsini mükəmməl bilmək
PMS (MHBS) sertifikatı mütləqdir
Dəqiqlik, məsuliyyətlilik və komandada işləmək bacarığı
Vəzifə öhdəlikləri
Müəssisənin mühasibat və vergi uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və MHBS-ə (IFRS) uyğun aparılması
Vergi, AR Mərkəzi Bankı, Statistika və digər dövlət hesabatlarının vaxtında hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi
ƏDV, mənfəət, ödəmə mənbəyində tutulan vergi və digər bəyannamələrin düzgün tərtib olunması və e-taxes portalları vasitəsilə göndərilməsi
Bank əməliyyatları, kassa hissəsi və hesab-fakturalar üzərində nəzarətin həyata keçirilməsi
Debitor və kreditor borclarının mütəmadi izlənməsi, üzləşmə aktlarının hazırlanması
Daxili maliyyə hesabatlarının rəhbərliyə təqdim edilməsi
Audit yoxlamaları zamanı tələb olunan sənədləşmənin təmin olunması
Müraciət qaydası
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini Subject/Mövzu hissəsində bölgəyə uyğun olaraq “Baş mühasib” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
