Vakansiya haqqında
Aparıcı mütəxəssis – backend developer (Java) vakansiyası üçün namizəd axtarılır.
Vəzifə öhdəlikləri
Java (11/17/21) və Spring Boot texnologiyalarından istifadə etməklə yüksək yüklü backend sistemlərinin layihələndirilməsi və hazırlanması;
Mikroservis arxitekturasının qurulması, texniki qərarların verilməsi və arxitektura standartlarının müəyyənləşdirilməsi;
REST API-ların dizaynı, versiyalaşdırılması və performansının optimallaşdırılması;
Sistemlərin miqyaslana bilməsi, etibarlılığı və təhlükəsizliyinin təmin edilməsi;
PostgreSQL və Oracle verilənlər bazaları ilə işləmək, sorğuların optimallaşdırılması;
RabbitMQ, Apache Kafka və Redis texnologiyaları üzrə biliklərin tətbiqi;
Bank sistemləri və inteqrasiya platformaları ilə mürəkkəb inteqrasiyaların qurulması;
Code Review proseslərinin aparılması, Clean Code və Best Practices yanaşmalarının komandada tətbiqinin təmin edilməsi.
Tələblər
Ali təhsil; İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya digər əlaqəli ixtisaslar üzrə təhsil üstünlükdür;
Backend proqram təminatının hazırlanması sahəsində minimum 2–5 il iş təcrübəsi;
Java Core və Spring Boot texnologiyaları üzrə dərin biliklər;
Hibernate/JPA ilə işləmə və verilənlər bazası performansının optimallaşdırılması üzrə təcrübə;
Mikroservis arxitekturasının dizaynı və layihələndirilməsi üzrə praktiki təcrübə;
PostgreSQL və Oracle kimi əlaqəli verilənlər bazaları üzrə dərin biliklər;
Git versiya nəzarət sistemi və CI/CD prosesləri ilə işləmə təcrübəsi;
Maven və ya Gradle build alətləri ilə işləmə təcrübəsi;
Multithreading, Concurrency və Transaction Management üzrə dərin biliklər;
System Design prinsipləri və yüksək yüklü sistemlər üzrə təcrübə;
Keycloak ilə praktiki iş təcrübəsi üstünlükdür;
API Gateway həlləri (Gravitee və ya oxşar platformalar) ilə iş təcrübəsi üstünlükdür;
Camunda (BPMN) platformasında biznes proseslərinin avtomatlaşdırılması üzrə təcrübə üstünlükdür;
Docker və konteyner orkestrasiya platformaları üzrə biliklər üstünlükdür;
Monitoring və Observability alətləri (Prometheus, Grafana, ELK) ilə işləmə təcrübəsi üstünlükdür;
Agentic AI alətlərindən və funksiyalarından (Agents, MCP, Hooks, Rules, Skills, Commands və s.) effektiv istifadə bacarığı.
Şəxsi bacarıqlar
Komandaya texniki liderlik etmək və mentorluq göstərmək bacarığı;
Mürəkkəb texniki məsələləri həll etmək və əsaslandırılmış qərarlar vermək bacarığı;
Komanda daxilində və müxtəlif funksional komandalarla səmərəli əməkdaşlıq və ünsiyyət bacarığı;
Nəticəyönümlü, məsuliyyətli, təşəbbüskar və yüksək özünütəşkil bacarığı;
Yeni texnologiyaları, alətləri və yanaşmaları öyrənməyə, tətbiq etməyə və bilikləri komanda ilə bölüşməyə yüksək motivasiya.
Vakansiya növü
Tam ştat
Müraciət qaydası
Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
