Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Holiday Inn Baku

Təhlükəsizlik işçisi

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Təhlükəsizlik işçisi vakansiyası üçün namizədlər axtarılır. Bu vəzifədə binanın, qonaqların və işçilərin təhlükəsizliyinin təmin edilməsi əsasdır. Əsas vəzifə öhdəlikləri Binanın, qonaqların və əməkdaşların qorunmasını təmin etmək, təhlükəsizliklə bağlı rəhbərlik tərəfindən müəyyən edilmiş qaydaların icrasına nəzarət etmək. Kameraları və ərazidə quraşdırılmış bütün siqnalizasiya sistemlərini izləmək. Fövqəladə vəziyyətlər zamanı tələb olunan bütün tədbirləri görmək. Qonaqların, ziyarətçilərin və işçilərin binaya giriş-çıxışını nəzarətdə saxlamaq. Müəyyən edilmiş sahələrdə təhlükəsizlik yoxlamaları aparmaq. Bütün qayda pozuntuları barədə rəhbərliyə məlumat vermək. Namizədə dair tələblər Təhlükəsizlik şöbəsində əvvəlki iş təcrübəsinin olması üstünlükdür. Güclü ünsiyyət və müştəri xidməti bacarıqları. Azərbaycan dilini əla səviyyədə bilmək, rus və ingilis dillərini orta səviyyədə bilmək arzuolunandır. Yüksək məsuliyyətlilik və etibarlılıq. Yaş həddi 24-38, boy 175 sm-dən yuxarı. Yuxarıda göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini e-mailin mövzu hissəsində “Təhlükəsizlik işçisi” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərməlidirlər. Mövzu hissəsi göstərilməyən müraciətlərə baxılmayacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.