Vakansiya haqqında
Bakıda gözətçi vakansiyası üçün namizəd axtarılır. Obyektin mühafizəsi, giriş-çıxışa nəzarət və təhlükəsizlik sistemlərinin izlənməsi əsas vəzifələrdir.
Vəzifə öhdəlikləri
Obyektdə fiziki mühafizəni təmin etmək və kənar müdaxilələrin qarşısını almaq;
Növbə zamanı qıfıl, damğa, siqnalizasiya, telefon, işıqlandırma və yanğın təhlükəsizliyi avadanlıqlarını yoxlamaq;
Müvafiq ərazidə hər hansı nasazlıq və ya pozuntu aşkar olunduqda, dərhal aidiyyəti üzrə rəhbərliyə məlumat vermək;
Təlimatlara uyğun şəkildə mühafizə məsələləri ilə bağlı şirkətə məxsus ərazidə mütəmadi baxış keçirmək;
Mühafizə kameralarının işinə nəzarət etmək;
Təhlükəsizlik sistemləri, o cümlədən kameralar, siqnalizasiya və digər müşahidə vasitələri üzrə monitorinq aparmaq və uyğunsuzluqlar barədə vaxtında məlumat vermək;
Yanğın baş verdiyi halda həyəcan siqnalı vermək və müvafiq qurumları FHN və DİN-ə məlumatlandırmaq;
Şirkətə daxil olan şəxslərlə ilkin ünsiyyət qurmaq, onlara yardımçı olmaq, zərurət olduqda yönləndirmə və məlumatlandırma işini yerinə yetirmək;
Mühafizə qaydaları və standart prosedurlara əsasən obyekti təhvil almaq və təhvil vermək;
Giriş-çıxış sahəsinin səliqəli və təmiz saxlanılmasına nəzarət etmək.
Tələblər
CCTV və ya monitorinq sahəsində təcrübə üstünlükdür;
Diqqətli, məsuliyyətli və analitik düşüncə qabiliyyətinə malik olmaq;
Məxfilik prinsiplərinə ciddi riayət etmək.
Gözlənilən davranışlar
Nizam-intizamlı olmaq;
Stresə dözümlü olmaq;
Gülərüz və mehriban davranmaq;
Komanda ilə işləmək bacarığına sahib olmaq;
Səliqəli görünümə diqqət yetirmək.
İş şəraiti
İş rejimi: növbəli iş qrafiki əsasında;
İş yeri: Bakı;
Əmək haqqı: namizədin bacarıqlarına əsasən təyin olunacaq.
Vakansiya növü: Tam ştat
Maraqlanan namizədlər müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
