Vakansiya haqqında
Günlük səliqə-sahman, mətbəx və sanitar təmizlik işləri görüləcək.
Vəzifə öhdəlikləri
Ofis daxilində gündəlik təmizlik və səliqə-sahman işlərini yüksək səviyyədə yerinə yetirmək;
İş masalarının, rəflərin, şüşəli səthlərin və ofis avadanlıqlarının tozunu silmək;
Döşəməni mütəmadi şəkildə tozsoranla təmizləmək və nəm silmək;
Mətbəx zonasını təmiz saxlamaq, çay və kofe stəkanlarını yumaq;
Sanitar qovşaqlarını hər gün təmizləmək, dezinfeksiya etmək və gigiyenik vasitələri vaxtında yeniləmək;
Gün ərzində zibil qablarını boşaltmaq və torbalarını dəyişmək.
Tələblər
Yaş həddi: 25-40 yaş arası xanımlar;
Ofis təmizliyi sahəsində iş təcrübəsinin olması arzuolunandır;
Məsuliyyətli, təmizkar, nizam-intizamlı və çevik olmaq;
Kollektivlə düzgün ünsiyyət qurmaq bacarığı.
İş şəraiti və qrafik
İş qrafiki: həftədə 6 gün, Bazar ertəsi-Şənbə;
İstirahət günü: Bazar;
Əməkhaqqı: müsahibə əsasında müəyyən ediləcək, minimum 600 AZN;
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun tam rəsmi sənədləşmə və əmək müqaviləsi.
Əlaqə
Telefon: +994 77 325 25 28 (zəng və ya WhatsApp).
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
