Vakansiya haqqında
Respect Solutions komandası üçün Data Analitik axtarılır. Excel, SQL, Power BI və ERP ilə işləmək bacarığı olan namizədlərin müraciəti gözlənilir.
İş şəraiti
Əməkhaqqı: namizədin təcrübə və bilik səviyyəsinə əsasən müəyyən ediləcək
İş qrafiki: həftədə 5 tam iş günü, şənbə günü saat 13:00-dək
İş yeri: Bakı
Vəzifə öhdəlikləri
ERP və digər biznes sistemlərindən satış, satınalma, istehsalat, maliyyə və əlaqəli məlumatların toplanması və analizi
Excel, SQL və Power BI vasitəsilə hesabatların və dashboard-ların hazırlanması
Microsoft Fabric və data alətləri ilə bağlı tapşırıqlarda iştirak etmək
ETL prosesləri və SSIS üzrə verilən tapşırıqların icrasında iştirak etmək
Biznes göstəricilərini təhlil etmək və nəticələri aydın şəkildə təqdim etmək
Məlumatlardakı uyğunsuzluqları araşdırmaq və aidiyyəti komandalarla koordinasiya aparmaq
Layihə və funksional konsultant komandalarından gələn analitik sorğuları yerinə yetirmək
Lazım gəldikdə Microsoft Dynamics 365 ERP və Business Applications layihələrinə dəstək vermək
Namizədə tələblər
Data Analitik sahəsində minimum 1 il real iş təcrübəsi mütləqdir
Excel, SQL və Power BI üzrə praktik iş təcrübəsi mütləqdir
Power BI sertifikatının olması mütləqdir
Rus və ya ingilis dillərindən ən azı birini mükəmməl səviyyədə bilmək mütləqdir
Microsoft Fabric üzrə bilik və ya bu sahəni öyrənməyə maraq
ETL / SSIS üzrə bilik və ya təcrübə üstünlükdür
Güclü analitik, məntiqi və riyazi düşüncə
Biznes proseslərini anlamaq bacarığı
Məlumatlarla işləməyi sevmək, diqqətli və məsuliyyətli olmaq
ERP / CRM layihələrində iştirak etməyə hazır olmaq
Tamştat işləmək və iş vaxtını bu vəzifəyə tam ayırmaq imkanı olmalıdır. Başqa tamştat iş, eləcə də iş qrafikinə təsir edən davamlı freelancer, konsultasiya, mentorluq, təlimçilik və ya intensiv kurs öhdəlikləri uyğun hesab edilmir
Qeyd: Yuxarıda “mütləqdir” kimi göstərilən tələblərə cavab verməyən namizədlərin müraciətləri nəzərdən keçirilməyəcək.
Şirkət təklif edir
Rəsmi əmək müqaviləsi
Uzunmüddətli əməkdaşlıq imkanı
Dinamik və peşəkar komandada çalışma imkanı
Real data, ERP və biznes prosesləri üzrə layihələrdə iştirak
Microsoft Power BI, Microsoft Fabric, Dynamics 365 və Business Applications istiqamətində inkişaf imkanı
Müraciət qaydası
CV-lərinizi mövzu hissəsində “Data Analitik” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
