Vakansiya haqqında
Bu işdə korporativ qaydalara riayət etmək, qeydiyyat aparmaq və təhlükəsizliyi nəzarətdə saxlamaq əsas öhdəliklərdir.
İş şəraiti
İş yeri: Baş ofis, Azadlıq prospekti 3
Əmək haqqı: 650 AZN
Tibbi sığorta qarşılanır
Vəzifə öhdəlikləri
İş növbəsi zamanı şirkətdə qəbul edilmiş korporativ geyim qaydalarına tam əməl etmək;
Növbəni qaydasına uyğun təhvil vermək və qəbul etmək, bu zaman vacib məlumatların tam şəkildə ötürülməsini təmin etmək;
Növbə ərzində baş verən hər hansı hadisə barədə dərhal birbaşa rəhbərə məlumat vermək və qısa məzmununu qeydiyyat jurnalına yazmaq;
Mühafizəçi üçün ayrılmış postu birbaşa rəhbərin razılığı olmadan tərk etməmək və nəzarət zonasını daim müşahidə altında saxlamaq;
Şirkət daxilində yarana biləcək fövqəladə hallarda dərhal birbaşa rəhbərə məruzə etmək və hadisənin qarşısının alınması üçün lazım olan tədbirləri görmək;
Şirkət əməkdaşlarının, qonaqların və digər şəxslərin binaya giriş və çıxış vaxtlarını xüsusi qeydiyyat jurnalında dəqiq qeydə almaq;
Şirkətə gələn kənar şəxslərin sığorta, texniki xidmət və digər səbəblərlə kimə və hansı məqsədlə gəldiyini müəyyənləşdirmək, aidiyyəti əməkdaşa məlumat vermək və qonağı gözləmə yerində müşahidə altında saxlamaq;
Şirkətin təhlükəsizlik qaydalarına, prosedurlarına və standartlarına tam şəkildə riayət etmək.
Tələblər
Həqiqi hərbi xidmət keçmiş bəylər üçün;
Yaş: 30-45;
Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək tələb olunur, ingilis dili arzuolunandır;
Kompüter biliyi: Microsoft Office.
Maraqlanan şəxslər mövzu hissəsində “Mühafizəçi” qeyd etməklə CV-ni Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
