Vakansiya haqqında
Bakı şəhərində qrafik dizayner vakansiyası üzrə yaradıcı mütəxəssis axtarılır. Qrafik dizayn və sosial media üçün vizual həllər hazırlamaq istəyən namizədlər müraciət edə bilər.
Vəzifələr
Brendin əsas və alt məhsulları üçün əsasən statik vizual materialların hazırlanması;
Sosial şəbəkələr üçün vizual həllərin hazırlanması;
Brendbook tələbləri nəzərə alınmaqla çap materiallarının dizaynı;
Vizual və bannerlərin müxtəlif media platformaları və daxili kommunikasiya kanalları üçün uyğunlaşdırılması.
Tələblər
Qrafik dizayn və motion design sahəsində ən azı 2 il iş təcrübəsi;
Stilistik və struktur tələblərə uyğun şəkildə BrendBook ilə işləmək bacarığı;
Adobe PhotoShop, Illustrator, Indesign kimi qrafik proqramlarda işləmək bacarığı;
Yaradıcı yanaşma və detallara diqqət;
Komandada, eləcə də müstəqil şəkildə səmərəli işləmək bacarığı;
Portfolionun olması;
Agentlik təcrübəsi və motion dizayn bacarığı arzuolunandır və əlavə üstünlükdür.
Biz nə təklif edirik
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Həyat yığım sığortası;
Könüllü tibbi sığorta;
Uşaqlar üçün məktəb endirimləri;
Push 30 proqramından 75% endirimlə yararlanmaq imkanı;
Peşəkar inkişaf imkanı.
Qeyd
Yalnız tələblərə uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya növü: tam ştat.
Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
