Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Grand Agro MMC

Baş mexanik

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Bakıda Baş mexanik vakansiyası üzrə iş elan olunur. Müraciət edəcək namizəd istehsalat avadanlıqlarının və mexaniki sistemlərin istismarı, texniki nəzarəti və təmiri ilə məşğul olacaq. Vəzifə öhdəlikləri İstehsalat xəttindəki mexaniki avadanlıqların, konveyerlərin, nasosların, reduktorların, çənlərin, borulama xətlərinin və digər mexaniki sistemlərin fasiləsiz və etibarlı işləməsini təmin etmək; Qazanxana, çiller, kompressor, sıxılmış hava, su, drenaj və digər köməkçi mexaniki sistemlərin işini nəzarətdə saxlamaq; Mexaniki avadanlıqlar üzrə planlı texniki xidmət və təmir qrafiklərini hazırlamaq, icrasını izləmək; Avadanlıqların yağlanma, vibrasiya, temperatur, sızma, bərkidilmə və digər texniki göstəricilər üzrə yoxlanılmasını təşkil etmək; Mexaniki nasazlıqları təhlil etmək, səbəblərini müəyyənləşdirmək və təkrar yaranmanın qarşısını almaq üçün tədbirlər görmək; Mexanik və texniki heyətin gündəlik işini planlaşdırmaq, tapşırıqlar vermək və işin keyfiyyətinə nəzarət etmək; Podratçı, servis və təchizatçıların fəaliyyətini koordinasiya etmək və görülən işləri qəbul etmək; Kritik ehtiyat hissələri üzrə minimum ehtiyat səviyyəsini müəyyənləşdirmək və satınalma tələblərini hazırlamaq; Təzyiqli sistemlər, fırlanan avadanlıqlar, isti səthlər və digər riskli işlərdə təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət etmək; Yeni layihələrdə mexaniki avadanlıqların, borulama sistemlərinin və digər qurğuların layihə tələblərinə uyğunluğunu yoxlamaq; Avadanlıqların quraşdırılması, sınağı və işə salınması proseslərini koordinasiya etmək; Mexaniki avadanlıqların reyestrinin, texniki sənədlərin, xidmət və təmir qrafiklərinin aktual saxlanılmasını təmin etmək. Tələblər Mexanika mühəndisliyi və ya əlaqəli texniki sahə üzrə ali təhsil; Sənaye müəssisəsində mexaniki avadanlıqların istismarı və təmiri üzrə minimum 5 il iş təcrübəsi; İstehsalat xətləri, nasoslar, qazanlar, kompressorlar, çillerlər, fanlar, reduktorlar, çənlər və borulama sistemləri üzrə praktiki bilik; Mexaniki layihələri, P&ID sxemlərini və istehsalçı texniki sənədlərini oxuma bacarığı; Planlı texniki xidmət, nasazlıqların diaqnostikası, təmir planlaması və ehtiyat hissələrinin idarə edilməsi üzrə təcrübə; Texniki heyət və podratçıların işini təşkil etmək və onlara nəzarət etmək bacarığı; AutoCAD və MS Office proqramlarında işləmək bacarığı; Azərbaycan dilində sərbəst ünsiyyət; rus və ya ingilis dilində texniki sənədləri oxuma bacarığı üstünlük sayılır. İş şəraiti Tam ştat Nahar təminatı Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən) Təlim dəstəyi Müraciət Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.