Vakansiya haqqında
Bakıda memar dizayner vakansiyası üçün uyğun namizəd axtarılır. Interyer dizaynı, AutoCAD və 3ds Max bilikləri olan, satış yönümlü mühitdə işləmək istəyənlər müraciət edə bilər.
Namizədə tələblər
Universitetlərin Memarlıq, İç memarlıq, Mebel dizaynı, Dizayn və digər uyğun ixtisasları üzrə məzun olmaq;
Plan və layihələri oxumaq, çertyoj hazırlamaq bacarığına sahib olmaq;
Mebel satışı sahəsində iş təcrübəsinin olması üstünlükdür;
Mağazacılıq və satış sahəsində karyera qurmaq istəyi;
AutoCAD və 3ds Max proqramlarında işləmək bacarığı;
İnteryer dizaynı və dekorasiya üzrə yenilikləri, müasir trendləri izləmək;
Müştərinin evində ölçü götürmək və həmin ölçülərə uyğun layihə hazırlamaq bacarığı;
Siqaret çəkməmək.
İş öhdəlikləri
Müştərilərin tələb və ehtiyaclarına uyğun interyer dizayn konsepsiyalarının hazırlanması;
Hazırlanmış dizayn həllərinin çertyojlarla dəstəklənərək layihələndirilməsi və müştəriyə effektiv təqdim edilməsi;
Hazırlanan layihələrin satışa çevrilməsinə yönəlmiş fəaliyyətin həyata keçirilməsi;
Satışdan sonrakı proseslərin izlənilməsi və müştəri məmnuniyyətinin təmin edilməsi.
İş şəraiti
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
İş saatları: 10:00 – 19:30;
Nahar şirkət tərəfindən təmin olunur;
Əmək haqqı: 1000 – 1200 AZN + bonus sistemi.
Müraciət qaydası
Müraciət etmək istəyən namizədlərdən xahiş olunur ki, şəxsi CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən e-mail mövzu hissəsində “Memar-Dizayner” sözlərini qeyd etsinlər.
Əlaqə nömrəsi: (050) 560 01 64
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
