Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Avropa Azərbaycan Məktəbi

Müşahidə kameraları üzrə operator (ibtidai məktəb)

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Bakıda ibtidai məktəb üçün müşahidə kameraları üzrə operator vakansiyası açıqdır. İş fəaliyyəti təhlükəsizliyin izlənilməsi, insidentlərin vaxtında müəyyən edilməsi və qaydalara nəzarəti əhatə edir. Vəzifə öhdəlikləri Müşahidə kameralarına nəzarət etmək və görüntüləri izləmək; Şübhəli, qeyri-adi və təhlükəsizlik riski yarada bilən halları vaxtında müəyyən etmək; Baş verən insidentlər və ya təhlükəsizlik qaydalarının pozulması barədə dərhal birbaşa rəhbərə və aidiyyəti şəxslərə məlumat vermək; Məktəbin təhlükəsizlik qaydalarına, daxili prosedurlarına və məxfilik tələblərinə ciddi əməl etmək; Təhlükəsizlik qaydaları və daxili prosedurlara riayət olunmasına nəzarət etmək. Namizədə tələblər Təhlükəsizlik sahəsində minimum 3 il iş təcrübəsi; Kamera müşahidə sistemləri ilə işləmək bacarığı; Məhkumluğu və zərərli vərdişləri olmamalıdır; Psixoloji və fiziki cəhətdən sağlam, həqiqi hərbi xidmət keçmiş olmalıdır; 20-35 yaş arası bəy namizədlər; İngilis və rus dilləri arzuolunandır; Məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq. Müraciət qaydası Maraqlanan namizədlər mövzu hissəsində “Müşahidə kameraları üzrə operator” qeyd etməklə CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Əlaqə nömrəsi: +994 51 280 33 13

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.