Vakansiya haqqında
Bakı şəhərində anbardar vakansiyası üzrə işçi axtarılır.
Şirkət və iş yeri
Şirkət: “Hotels Qrup” MMC
İş yeri: “FLY INN Baku” mehmanxanası
Tələblər
Azərbaycan dilini yüksək səviyyədə bilmək, rus və ingilis dilləri arzuolunandır.
Yazılı və şifahi ünsiyyət qurmaq, düşünmə bacarığına sahib olmaq.
Təşəbbüskar, operativ və punktual olmaq.
Microsoft Office, xüsusilə Excel proqramında sərbəst işləmək.
Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq.
Anbardar kimi minimum 1 il iş təcrübəsi.
Anbar uçotu və sənədləşmə qaydalarını bilmək üstünlükdür.
Fiziki işə uyğun olmaq.
Yaş həddi: 25-40 yaş.
Gözlənilən davranışlar
Yeniliklərə açıq olmaq.
Məhdud zaman çərçivəsində eyni anda bir neçə işi operativ yerinə yetirmək bacarığı.
Komanda daxilində işləmək bacarığı.
İş şəraiti
Birnövbəli, beşgünlük iş qrafiki.
Azərbaycan Respublikası ƏM-nə uyğun rəsmiləşmə.
Nahar şirkət tərəfindən təmin edilir.
İşçilər üçün servis şirkət tərəfindən təmin edilir (Koroğlu, Binə və Mərdəkan istiqamətində).
Vəzifə öhdəlikləri
Baş mühasibin təlimatına əsasən sifarişləri vermək və tədarük prosesində iştirak etmək.
Anbarda olan mal və materialların təhlükəsizliyini, salamatlığını, saxlanma rejimini, həmçinin sənədləşmə və mədaxil-məxaric sənədlərinin təhvil qaydalarına əməl olunmasını təmin etmək.
Yüklər anbara qəbul edilərkən faktiki miqdarı və məhsulun vəziyyətini yoxlamaq.
Anbara daxil olan sorğulara vaxtında və tam cavab vermək.
Malların anbarda səliqəli və qaydalara uyğun yerləşdirilməsini təmin etmək.
Köhnəlmiş, zədələnmiş və xarab olmuş mal və materialları müəyyən etmək, onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək.
Gündəlik məhsul hərəkətinin uçotunu aparmaq.
Anbarda sayımlar həyata keçirmək.
Müraciət qaydası
Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Anbardar” yazmaqla Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
