Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Prime Accessories Mağazalar Şəbəkəsi

Mağaza rəhbəri

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Bakıda mağaza rəhbəri axtarılır. Satış, komanda idarəçiliyi və müştəri məmnuniyyəti sahəsində təcrübəsi olan namizədin müraciəti gözlənilir. Prime Accessories yeniliklərə açıq, inkişafı prioritet sayan və dinamik iş mühiti təqdim edən şirkətdir. Şəbəkənin genişlənməsi və yeni filialların açılması səbəbindən komandaya güclü lider axtarılır. Vəzifə öhdəlikləri Müəyyən edilmiş satış hədəflərinə çatmaq üçün lazımi tədbirləri görmək; Komandanın satış bacarıqlarını artırmaq məqsədilə onları motivasiya etmək; Mağaza heyətinin daxili qaydalara və iş keyfiyyətinə riayət etməsinə nəzarət etmək; Satış prosesinin səmərəli şəkildə həyata keçirilməsini təmin etmək; Müştəri məmnuniyyətinin qorunması üçün təkliflər vermək və onları tətbiq etmək; Mağaza daxilində yaranan texniki və digər maddi məsələlərlə bağlı aidiyyəti struktur bölmələrini məlumatlandırmaq. Namizədə tələblər Ali təhsil; Satış sahəsində minimum 3 il rəhbər təcrübə; Komputer bilikləri: Ofis proqramları və 1C; Azərbaycan və rus dillərində sərbəst danışıq, ingilis dili arzuolunandır; Komanda ruhu və satış məsləhətçilərinin potensialını üzə çıxarmaq bacarığı; Empatiya, kreativ yanaşma və liderlik keyfiyyətləri. Təklif etdiyimiz imkanlar 6 günlük növbəli iş qrafiki; Şirkət məhsullarını endirimlə almaq imkanı; Partnyor məkanların xidmət və məhsullarından endirimlə yararlanmaq imkanı; Daxili təlim və inkişaf proqramları; Karyera yüksəlişi imkanı; Satış nəticələrinə əsasən bonuslar; 900 AZN fix əməkhaqqı və faiz sistemi, aylıq orta gəlir 1200-2000 AZN. Əgər siz öz potensialınıza güvənirsinizsə, satış sahəsində karyera qurmaq və inkişaf etmək istəyirsinizsə, “Mağaza rəhbəri” başlığı ilə CV-nizi Müraciət et bölməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.