Vakansiya haqqında
Hope Academy komandamıza qoşulmaq üçün IELTS və beynəlxalq İngilis dili imtahanlarına hazırlıq sahəsində təcrübəli müəllim axtarırıq!
İmtahan hazırlığı üzrə bilik və təcrübəsini tələbələrin akademik və peşəkar məqsədlərinə çatmasına yönəltmək istəyən, məsuliyyətli və nəticəyönümlü namizədləri komandamıza dəvət edirik.
Vəzifə öhdəlikləri
IELTS imtahanına hazırlıq dərslərinin keçirilməsi;
Tələbələrin mövcud dil səviyyəsinin qiymətləndirilməsi və fərdi inkişaf planlarının hazırlanması;
IELTS Listening, Reading, Writing və Speaking bölmələri üzrə sistemli tədrisin təşkili;
IELTS Writing tapşırıqlarının yoxlanılması və ətraflı geribildirim verilməsi;
Speaking məşğələlərinin keçirilməsi və tələbələrin danışıq bacarıqlarının inkişaf etdirilməsi;
Sınaq imtahanlarının təşkili və nəticələrin təhlili;
Tələbələrin hədəf balına çatması üçün irəliləyişlərinin mütəmadi izlənilməsi;
Müasir tədris metodlarından və aktual imtahan materiallarından istifadə edilməsi.
IELTS hazırlığı üzrə müəllimlik təcrübəsi;
İngilis dili üzrə yüksək bilik səviyyəsi;
IELTS imtahanının strukturu və qiymətləndirmə meyarlarını bilmək;
Listening, Reading, Writing və Speaking bölmələrini tədris etmək bacarığı;
Writing tapşırıqlarını yoxlamaq və tələbələrə ətraflı geribildirim vermək bacarığı;
Dərs planlaşdırılması və tələbələrin nəticələrinin izlənilməsi;
Güclü kommunikasiya və təşkilatçılıq bacarıqları;
Məsuliyyətlilik və peşəkar yanaşma.
Niyə Hope Academy?
Hope Academy-də siz tələbələrin beynəlxalq təhsil məqsədlərinə çatmasına dəstək olacaq, peşəkar mühitdə çalışacaq və tədris sahəsində təcrübənizi inkişaf etdirmək imkanı əldə edəcəksiniz.
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini [email protected] ünvanına PDF formatında göndərərək vakansiyaya müraciət edə bilərlər. CV-də IELTS tədrisi üzrə təcrübənizi və varsa, əldə etdiyiniz IELTS nəticəsini qeyd etməyiniz tövsiyə olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
