Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Uşaqlar və böyüklər üçün İngilis dili dərslərinin keçirilməsi;
Tələbələrin dil səviyyəsinə və fərdi ehtiyaclarına uyğun dərs planlarının hazırlanması;
Danışıq, dinləmə, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi;
İnteraktiv və effektiv tədris metodlarından istifadə edilməsi;
Tələbələrin bilik və irəliləyişlərinin mütəmadi qiymətləndirilməsi;
Tədris materiallarının hazırlanması və dərs prosesinin planlaşdırılması;
Tələbələrin motivasiyasının artırılması və öyrənmə prosesinin dəstəklənməsi.
İngilis dili üzrə yüksək bilik səviyyəsi — minimum C1 üstünlükdür;
İngilis dilinin tədrisi sahəsində iş təcrübəsi;
Uşaqlar və böyüklərlə işləmək bacarığı;
Dərs planları və tədris materialları hazırlamaq bacarığı;
Güclü kommunikasiya və təqdimat bacarıqları;
Məsuliyyətlilik, punktuallıq və peşəkar yanaşma;
Komanda ilə işləmək bacarığı.
İş şəraiti
İş formatı: Əyani, ofisdə;
İş qrafiki: Tam ştat;
İş yeri: Bakı, Azərbaycan;
Əməkhaqqı: Namizədin təcrübəsi və razılaşma əsasında müəyyən edilir.
Bizə qoşul! Əgər İngilis dilinin tədrisi sahəsində təcrübəniz varsa, peşəkar inkişafınıza önəm verirsinizsə və tələbələrin uğuruna töhfə vermək istəyirsinizsə, sizi Hope Academy komandasına qoşulmağa dəvət edirik.
Müraciət qaydası: CV-nizi və əlaqə məlumatlarınızı [email protected] ünvanına göndərərək vakansiyaya müraciət edin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
