Vakansiya haqqında
■ Müəssisədə əməyin mühafizəsi, texniki təhlükəsizlik və sənaye təhlükəsizliyi normalarının tətbiqinə və icrasına daim nəzarət etmək;
■ Aşağıdakı təhlükəsizlik jurnallarının qanunvericiliyə uyğun, vaxtında və dəqiq aparılmasını təmin etmək:
– Əmək təhlükəsizliyi üzrə ilkin, təkrar və plandankənar təlimatlandırma jurnalı;
– İstehsalat qəzalarının və xəsarətlərin qeydiyyatı jurnalı;
– Mühafizə vasitələrinin və fərdi qoruyucu vasitələrin (FQV) verilməsi və yoxlanılması jurnalı;
– Yanğın təhlükəsizliyi üzrə yoxlama və təlimatlandırma jurnalı;
– Dağ-mədən və partlayış təhlükəli işlərin aparılması jurnalı;
■ Dağ-mədən və partlayış təhlükəli sahələrdə aparılan işlərin Fövqəladə Hallar Nazirliyinin (FHN) normativ tələblərinə uyğunluğunu təmin etmək və bu sahədə FHN ilə əlaqələri qurmaq;
■ İş yerlərində təhlükə mənbələrini müəyyən etmək və peşə risklərini qiymətləndirmək;
■ Fövqəladə hallara hazırlıq və reaksiya planlarının hazırlanmasında iştirak etmək;
■ İşçilər üçün əmək və sənaye təhlükəsizliyi üzrə təlimlər təşkil etmək və keçirmək;
■ Fərdi qoruyucu vasitələrin (FQV) FHN və daxili standartlara uyğun təminatına nəzarət etmək;
■ Daxili və xarici auditlərdə, həmçinin FHN-in planlı/plandankənar yoxlamalarında iştirak etmək və tələb olunan sənədləri təqdim etmək;
■ Müdafiə sənayesi sahəsinə xas məxfilik rejiminə və təhlükəsizlik tələblərinə ciddi əməl olunmasını təmin etmək;
■ Rəhbərliyin tapşırığı ilə əməyin mühafizəsi və texniki təhlükəsizliklə bağlı digər tapşırıqları yerinə yetirmək.
■ Ali texniki təhsil (Əməyin mühafizəsi, Sənaye təhlükəsizliyi və Mühəndislik ixtisasları üstünlük təşkil edir);
■ Minimum 2–3 il iş təcrübəsi (müdafiə sənayesi, maşınqayırma və ya mühəndis-texniki sahədə);
■ Daha çox istehsalat sahəsi və müdafiə sənayesi üzrə təcrübəsi olanlara üstünlük veriləcəkdir;
■ Təhlükəsizlik jurnallarının aparılması və sənədləşdirmə üzrə təcrübə;
■ Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əməyin mühafizəsinə aid normativ-hüquqi sənədlər üzrə bilik;
■ Dövlət sirri və məxfilik rejiminə riayət etmək bacarığı (müvafiq icazənin olması üstünlükdür);
■ Dil biliyi: rus və ya ingilis dili üstünlükdür;
■ MS Office proqramlarında işləmək bacarığı;
■ Diqqətlilik, yüksək məsuliyyət, analitik düşüncə və stressə davamlılıq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
