Vakansiya haqqında
Vəzifə Öhdəlikləri:
Təqdimatların keçirilməsi: Məhsul və ya xidmətin tərəfdaş şirkətlərə necə mənfəət qazandıracağını və onların iş prosesini necə asanlaşdıracağını əsaslandıraraq təqdim edir.
Nümunə və kataloqların təqdimatı: Şirkətlərin satınalma menecerlərinə sınaq məhsulları (test nümunələri) və ya xüsusi xidmət paketləri təklif edir.
Təhsil: Ali təhsil tələbi yoxdur.
Peşəkar biliklər: Məhsulun texniki xüsusiyyətlərini, biznesə qazandırdığı faydaları və maliyyə tərəflərini dərinliyi ilə bilməlidir.
Dil və ünsiyyət bacarıqları: Rəsmi-işgüzar üslubda təmiz və səlis danışıq qabiliyyətinə malik olmalıdır.
Kompüter bilikləri: Google axtarış və sosial mediadan istifadə etmə qabiliyyəti, eyni zamanda MS Word və MS Excel-də mətni/məlumatı işləmə qabiliyyəti.
Əlavə üstünlüklər: Sürücülük vəsiqəsinin olması namizəd üçün əlavə üstünlükdür.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
