Vakansiya haqqında
• Texniki rəsm və sxemlər əsasında mexaniki qovşaqların və hissələrin yığılmasını həyata keçirmək;
• Lehimləmə işlərinin icrası;
• Yığım prosesində əl və pnevmatik alətlərdən, həmçinin müvafiq quraşdırma avadanlıqlarından təlimatlara uyğun istifadə etmək;
• Yığılan hissə və qovşaqların ölçü və uyğunluğunu ölçü alətləri (ştangensirkul, mikrometr və s.) ilə yoxlamaq;
• Bağlantı elementlərinin (bolt, qayka, pərçim və s.) müəyyən edilmiş moment və standartlara uyğun sıxılmasını təmin etmək;
• İstehsal prosesində aşkar edilən qüsur və uyğunsuzluqları vaxtında bildirmək və aradan qaldırılmasında iştirak etmək;
• İş yerində alət və avadanlıqların qulluğunu aparmaq, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək;
• Növbə ərzində yerinə yetirilən işlər üzrə müəyyən edilmiş formada hesabat və qeydiyyat aparmaq;
• Əmək təhlükəsizliyi, yanğın təhlükəsizliyi və sanitar-gigiyena normalarına riayət etmək;
• Rəhbərliyin tapşırığı əsasında istehsal prosesi ilə bağlı digər tapşırıqları yerinə yetirmək.
• Texniki təhsil (elektronika, robotexnika, mexanika, maşınqayırma və ya oxşar ixtisas üzrə üstünlük təşkil edir);
• Mexaniki yığım və ya istehsalat sahəsində iş təcrübəsi arzuolunandır (təcrübəsi olmayan namizədlər də nəzərdən keçirilir);
• Texniki rəsm və sxemləri oxumaq bacarığı;
• Ölçü alətləri ilə işləmək bacarığı;
• Lehim işləri bacarığı;
• Diqqətlilik, məsuliyyətlilik və komanda daxilində işləmək bacarığı;
• Fiziki cəhətdən aktiv iş rejiminə uyğunluq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
