Vakansiya haqqında
Hovuzdeposu.az hovuz tikintisi və avadanlıqlarının satışı üzrə fəaliyyət göstərən şirkət olaraq komandamıza Satış Təmsilçisi axtarır.
Əsas vəzifə və öhdəliklər:
Müştərilərlə ünsiyyət qurmaq və satış prosesini idarə etmək;
Hovuz tikintisi və avadanlıqları haqqında müştərilərə məlumat vermək;
Müştəri ehtiyaclarını müəyyənləşdirərək uyğun məhsul və həllər təklif etmək;
Gələn sorğuları cavablandırmaq və satışa yönləndirmək;
Qiymət təkliflərinin hazırlanmasında iştirak etmək;
Mövcud və potensial müştərilərlə əlaqələri qorumaq;
Satış planlarının yerinə yetirilməsinə çalışmaq.
Namizədə tələblər:
Rus dilini səlis bilmək — mütləqdir;
Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
Satış sahəsində iş təcrübəsi arzuolunandır;
Müştərilərlə effektiv ünsiyyət qurmaq bacarığı;
Satış və inandırma bacarığı;
Məsuliyyətli, aktiv və nəticəyönümlü olmaq;
Komandada işləmək bacarığı;
Hovuz avadanlıqları və tikinti sahəsinə marağın olması üstünlükdür.
İş şəraiti:
Maaş: 600–800 AZN;
İş qrafiki: 6 günlük;
1–5-ci günlər: 10:00–18:00;6-cı gün: 10:00–15:00;
Ofis ünvanı: Azure Biznes Mərkəzi;
Fəaliyyət sahəsi: Hovuz tikintisi və hovuz avadanlıqlarının satışı.
Uygun namizədlər Cvlərini [email protected] adressinə göndərə bilər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
