Vakansiya haqqında
* Bina tikintisi üzrə tikinti-quraşdırma işlərinin sahədə təşkilinə və texniki icrasına rəhbərlik etmək;
* Tikinti işlərinin layihə, işçi çertyojlar, texniki normalar və təsdiq edilmiş iş qrafikinə uyğun aparılmasına nəzarət etmək;
* Bünövrə, monolit beton və dəmir-beton konstruksiyaların, sütun, kiriş, örtük və digər konstruktiv elementlərin tikintisinə texniki nəzarət etmək;
* Torpaq işləri, hidroizolyasiya, yeraltı və yerüstü konstruksiyaların icrasını koordinasiya etmək;
* Hörgü, suvaq, fasad, dam örtüyü və digər tikinti işlərinin keyfiyyət və texniki tələblərə uyğun icrasına nəzarət etmək;
* Mühəndis-kommunikasiya sistemlərinin tikinti prosesində digər işlərlə əlaqələndirilməsini təmin etmək;
* Podratçı və subpodratçıların işlərini koordinasiya etmək, görülən işlərin keyfiyyətinə və layihəyə uyğunluğuna nəzarət etmək;
* Tikinti prosesində yaranan texniki məsələləri operativ həll etmək və zəruri hallarda layihəçi və sifarişçi ilə razılaşdırmaq;
* Sifarişçi, texniki nəzarət, layihəçi, podratçı və digər layihə iştirakçıları ilə texniki məsələlər üzrə koordinasiya aparmaq;
* Görülmüş işlərin faktiki həcmlərinin yoxlanılmasında və icra sənədlərinin hazırlanmasında iştirak etmək;
* Tikinti işlərinin iş qrafikinə uyğun vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
* Tikinti materiallarının və konstruksiyaların layihə və texniki tələblərə uyğunluğunu nəzarətdə saxlamaq;
* Sınaq, qəbul və istismara vermə mərhələsində tikinti üzrə texniki məsələlərin həllində iştirak etmək.
* İnşaat mühəndisliyi və ya müvafiq texniki ixtisas üzrə ali təhsil;
* Bina tikintisi sahəsində ən azı 5 il iş təcrübəsi;
* Monolit və dəmir-beton konstruksiyalar, bünövrə və yeraltı tikinti işləri üzrə praktiki təcrübə;
* Layihə və işçi çertyojlarını sərbəst oxumaq və sahədə tətbiq etmək bacarığı;
* Tikinti işlərinin texnologiyasını və ardıcıllığını bilmək;
* Podratçı və subpodratçıların işinə texniki nəzarət etmək və nöqsanları vaxtında müəyyənləşdirmək bacarığı;
* Görülmüş işlərin faktiki həcmlərini yoxlamaq və icra sənədləri ilə işləmək bacarığı;
* Tikinti prosesinin təşkili və layihə iştirakçıları ilə effektiv koordinasiya aparmaq bacarığı;
* Məsuliyyətli, operativ və komandada işləmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
