Vakansiya haqqında
Turizm sahəsində təcrübəsi olan, xarici turlar üzrə işləyə bilən Tur meneceri axtarırıq.
İş barədə məlumat
Müxtəlif istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması,
Müştərilərdən daxil olan sorğuların vaxtında və peşəkar şəkildə cavablandırılması,
Otellərin bronlaşdırılması,
Sığortanın yazılması,
Viza dəstəyi xidmətinin göstərilməsi,
Sosial şəbəkələr vasitəsilə daxil olan sorğuların cavablandırılması,
Mövsümi və tələbat olan turların araşdırılması və reklam bölməsinə ötürülməsi,
İş saatları
Bazar ertəsi - cümə: 10:00-dan 19:00-dək
Şənbə: 10:00 - 17:00
Əmək haqqı namizədin təcrübə və bacarıqlarına əsasən müəyyən ediləcək
Satışdan 10% komissiya verilir
Tələblər
Azərbaycan dilini yüksək səviyyədə bilmək, ingilis və rus dili arzuolunandır,
Kompüterdə işləmək, internetdən aktiv istifadə etmək və sürətli axtarış aparmaq bacarığı,
Səlis və işgüzar danışıq qabiliyyəti,
İşgüzar yazışmalar aparmaq bacarığı,
Gülərüz, özünə qarşı tələbkar olmaq,
Məsuliyyətli və diqqətli olmaq,
Vaxtı düzgün idarə etmək bacarığı,
Komandada işləmə bacarığı.
Ünvan
Bakı, Samad Vurgun 156B
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
