Vakansiya haqqında
Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün
Birləşmiş emalatxana və istehsalat xidmətinə tornaçı axtarırıq!
Namizəd metal emalı üzrə torna işlərini texnoloji prosesə və
normativ tələblərə uyğun şəkildə yerinə yetirməli, dəzgahın düzgün sazlanmasını
və təhlükəsiz istismarını təmin etməli, detalların ölçü-dəqiqliyinə nəzarət etməklə
yanaşı, gündəlik əmək fəaliyyətini təsdiq olunmuş vəzifə təlimatına uyğun və
yüksək məsuliyyətlə icra etməlidir.
Sizi hansı öhdəliklər gözləyir?
Tornalama
işlərini (detalların emalı, yonma, kəsmə, yiv açma və s.) texnoloji xəritə
və çertyoj tələblərinə uyğun, dəqiq və keyfiyyətlə yerinə yetirmək;
Torna
dəzgahını işə hazırlamaq (sazlama, alətlərin düzgün seçilməsi və bərkidilməsi),
işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
Emal
olunan detalların ölçü və keyfiyyət göstəricilərinə nəzarət etmək, ölçmə
alətləri ilə (şubler, mikrometr və s.) yoxlama aparmaq;
İstehsalat
təhlükəsizliyi qaydalarına riayət etmək, dəzgahın təhlükəsiz istismarını təmin
etmək və yarana biləcək nasazlıq/insidentlərə operativ reaksiya vermək;
İş
prosesində aşkar olunan texniki uyğunsuzluqlar, avadanlıq nasazlıqları və
material çatışmazlıqları barədə vaxtında aidiyyəti üzrə məlumat vermək;
Təsdiq
olunmuş vəzifə təlimatına, daxili nizam-intizam qaydalarına və normativ tələblərə
uyğun olaraq gündəlik iş fəaliyyətini icra etmək.
Namizədlərdən tələblərimiz
25–45
yaş aralığında olmalı
Müvafiq
sahə üzrə peşə təhsili və ya tornaçı ixtisası üzrə hazırlıq/sertifikat
olmalı;
Tornaçı
peşəsi üzrə ən azı 3 il iş stajı olmalı;
Torna
dəzgahlarında işləmə təcrübəsi olmalı, çertyoj oxumağı və ölçü alətləri
(şubler, mikrometr və s.) ilə işləməyi bacarmalı;
Texnoloji
ardıcıllığa, istehsalat intizamına və əməyin mühafizəsi/təhlükəsizlik
qaydalarına ciddi riayət etməli;
Gərgin
iş şəraitində diqqətli və məsuliyyətli işləmək, operativ qərar vermək və
komandada işləmək bacarığı olmalı.
Metropoliten Sizə nə təklif edir?
Sabit
və etibarlı iş mühiti;
Peşəkar
komandada inkişaf və karyera imkanları;
Metropolitendən
ödənişsiz istifadə imkanı;
Güzəştli
nahar təminatı;
“Metropolitan
Apartments” istirahət mərkəzi və əməkdaşlıq etdiyimiz digər
sanatoriyalarda güzəştli istirahət imkan;
Psixoloji
dəstək xidməti.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
