Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Orzax →

Tibbi Nümayəndə

800 – 1200 AZN

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

Təsvir Vəzifənin məqsədi Tibbi Tanıtım Nümayəndəsi məhsulların həkimlərə elmi əsaslarla tanıdılmasını təmin edən və sahədə medikal strategiyanın birbaşa icraçısıdır. Bu vəzifə satış yönümlü deyil, əsas məqsəd məhsulların həkimlər tərəfindən elmi əsaslarla tövsiyə olunmasını təmin etməkdir. İş öhdəlikləri Məsul olduğu bölgədə hədəf həkimlərə (nevroloq, pediatr, ginekoloq, endokrinoloq, kardioloq, terapevt və s.) məhsulların elmi və klinik üstünlüklərini, məhsul prioritetlərinə uyğun olaraq fokuslu və ardıcıl şəkildə təqdim etmək Şirkət tərəfindən müəyyən edilmiş hədəf həkim siyahısı üzrə planlı ziyarətlərin icrası və fəaliyyətlərin gündəlik qeydiyyatının aparılması Həkimlərdən gələn elmi sual və etirazların beynəlxalq mənbələr və sübutlara əsaslanaraq cavablandırılması Elmi məqalələr və klinik araşdırmalar əsasında təqdimatların hazırlanması və icrası Həkimlərdən alınan medikal geri bildirimlərin sistemli şəkildə mərkəzə ötürülməsi Təlimlərdə və elmi toplantılarda aktiv iştirak etmək Satış (aptek) komandası ilə koordinasiyalı şəkildə işləmək Tələblər Namizədə tələblər Təhsil (aidiyyatlı ixtisaslar): Ali təhsil Tibb, Əczaçılıq, Biologiya, Kimya, Biotexnologiya, Qidalanma və Dietologiya sahələri üzrə ali təhsil üstünlükdür. Minimum 2 il Tibbi tanıtım nümayəndəsi olaraq təcrübə Digər tələblər: Mövcud həkim portfelinə sahib Peşəkar kommunikasiya bacarığı, nəticəyönümlülük Elmi mətnləri anlama və izah etmə qabiliyyəti Səyyar iş rejiminə uyğunluq MS Office bilikləri İş rejimi: 09:00-18:00 I-V gün (sahə işi) Təklif etdiklərimiz 800-1200 əmək haqqı +bonus sistemi Qidalanma kartı Yol xərci və ya avtomobili olanlara benzin kartı Davamlı təlim və inkişaf imkanları Güclü beynəlxalq brend və peşəkar komanda ilə işləmək imkanı

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.