Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Sahələrdən daxil olan texniki məlumatların yoxlanılması, uyğunsuzluqların
dəqiqləşdirilməsi və müvafiq texniki sənədlərdə düzgün əks olunmasının təmin edilməsi;
Layihələr üzrə görülmüş işlərin faktiki həcmlərinin texniki məlumatlar və sahə göstəriciləri
əsasında sənədləşdirilməsi, Forma 2 (yerinə yetirilmiş işlərin aktı) sənədlərinin tələb olunan standartlara uyğun
tərtib edilməsi və təsdiqə təqdim edilməsi;
Zəif axın və təhlükəsizlik
sistemləri avadanlıqlarının yerləşmə planının AutoCAD proqramında hazırlanması;
Layihə qrupu və quraşdırma heyəti ilə koordinasiyalı şəkildə işləyərək, onların təqdim etdiyi
texniki tapşırıqlara və sahə dəyişikliklərinə əsasən mövcud layihə çertyojlarına müvafiq düzəliş və əlavələrin
edilməsi (AutoCAD).
Tələblər:
Ali təhsil (müvafiq sahə üzrə olması üstünlükdür);
Xanım və bəy namizədlər;
AutoCAD-proqramında
işləmək bacarığı;
MC office proqramlarında sərbəst işləmək
bacarığı;
İşində məsuliyyətli, operativ və dəqiq
olmaq;
Komandada koordinasiyalı işləmə qabiliyyəti.
İş şəraiti:
İş yeri: Bakı şəhəri;
5 günlük iş
həftəsi;
Əmək haqqı 900-1200 AZN (namizədin bilik, bacarıq və
təcrübəsinə əsasən təyin olunacaqdır).
Göstərilən tələblərə cavab verən
namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Texniki sənədləşmə üzrə mütəxəssis (Zəif axın və
təhlükəsizlik sistemlərinin quraşdırılması üzrə)” qeyd
edərəkMüraciət
etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərilməsi
xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
