Vakansiya haqqında
Main Freight Logistics komandamıza beynəlxalq logistika və yükdaşımaları sahəsində
karyera qurmaq istəyən təcrübəçi axtarırıq!
Təcrübə proqramı logistika sahəsində təcrübəsi olmayan, lakin bu sahədə öyrənməyə və
inkişaf etməyə həvəsli şəxslər üçün nəzərdə tutulub.
Namizədə tələblər:
Rus və ya ingilis dillərindən ən azı birini yaxşı səviyyədə bilmək. Hər iki dili
bilən namizədlərə üstünlük verilir.
Azərbaycan dilində sərbəst ünsiyyət
qurmaq.
Yüksək ünsiyyət və danışıqlar aparmaq
bacarığı.
Məsuliyyətli, diqqətli və təşəbbüskar
olmaq.
Komandada işləmək və operativ qərarlar qəbul etmək
bacarığı.
Kompüter və Microsoft Office proqramlarından istifadə
bacarığı.
Logistika sahəsində karyera qurmaq və yeni biliklər əldə etmək
istəyi.
Təcrübə müddətində öyrədiləcək:
Beynəlxalq FTL və LTL yükdaşımalarının təşkili.
Avropa, Türkiyə, Rusiya və MDB ölkələri üzrə yük avtomobillərinin
axtarışı.
Daşıyıcılarla əlaqələrin qurulması və qiymət danışıqlarının
aparılması.
B2B satış və biznes müştəriləri ilə işləmək
bacarığı.
Potensial müştərilərin axtarışı və yeni əməkdaşlıq imkanlarının
yaradılması.
Şirkətlər və sahibkarlarla ilkin əlaqələrin
qurulması.
Logistika xidmətlərinin təqdim edilməsi və kommersiya
danışıqlarının aparılması.
Həmçinin yükdaşıma əməliyyatları və
daşıyıcılarla iş prosesini öyrənmək.
Təcrübə proqramının şərtləri:
Təcrübə müddəti: 3 ay.
Təcrübə müddətində
nahar yeməyi şirkət tərəfindən təmin olunur.
Təcrübəni uğurla başa vuran
namizədlərə daimi iş imkanı təqdim ediləcək.
İş yeri: Bakı, Məryəm Plaza, Bəsti Bağırova 12
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
