Vakansiya haqqında
Şirkətimizə həm sürücülük edən, həm də gündəlik xırda təmir və təsərrüfat işlərini yerinə yetirə bilən məsuliyyətli əməkdaş tələb olunur.
Tələblər
Yaş həddi: 45–55 arası
Sürücülük üzrə minimum 8 il iş təcrübəsi
Bakı şəhərini və yollarını yaxşı bilməlidir
Səliqəli, dürüst, məsuliyyətli və vaxtında olmalıdır
Xırda təmir və təsərrüfat işlərini yerinə yetirmək bacarığı olmalıdır
Görəcəyi işlər
Şirkətin gündəlik sürücülük tapşırıqlarını icra etmək
Lazım olduqda alış-veriş və material daşınmasını təmin etmək
Lampa, kran, şlanq və digər sadə avadanlıqları dəyişmək
Xırda santexnika və elektrik işlərini təhlükəsizlik qaydalarına uyğun görmək
Ofis və obyektlərdə gündəlik təsərrüfat işlərinə dəstək vermək
Bizə yalnız sürücü deyil, həm də əlindən iş gələn, texniki baxımdan bacarıqlı, etibarlı və işdən qaçmayan əməkdaş lazımdır.
İş yeri
Bakı şəhəri
Əməkhaqqı
Müsahibə zamanı razılaşdırılacaq.
Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər. Uyğun namizədlər zəng edə və ya link üzərindən məlumat göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
