Vakansiya haqqında
Şirkətimizə sürücülüklə yanaşı, gündəlik xırda təmir və təsərrüfat işlərini bacaran,
məsuliyyətli və işgüzar əməkdaş axtarılır.
Tələblər:
Yaş: 45–55 arası
Minimum 8 il sürücülük
təcrübəsi
Bakı şəhərini və yollarını yaxşı tanımalı
Səliqəli, dürüst, məsuliyyətli və punktual olmalı
Əlindən xırda təmir və təsərrüfat işləri gəlməli
Görəcəyi işlər:
Şirkətin gündəlik sürücülük tapşırıqlarını yerinə yetirmək
Lazım olduqda alış-veriş və materialların daşınmasını təmin etmək
Lampa, kran, şlanq və digər sadə avadanlıqları dəyişmək
Xırda santexnika və elektrik işlərini təhlükəsizlik qaydalarına uyğun yerinə
yetirmək
Ofis və obyektlərdə gündəlik təsərrüfat işlərinə kömək
etmək
Bizə yalnız sürücü yox, həm də əli iş tutan, texniki işlərdən başı çıxan, etibarlı və
işdən çəkinməyən əməkdaş lazımdır.
İş yeri: Bakı şəhəri
Əməkhaqqı: Müsahibə zamanı razılaşdırılır.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Uyğun namizədlər zəng edə və ya link vasitəsilə məlumat göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
